Antibiotiklərdən yalnız həkim təyinatı ilə istifadə edilməlidir

Antibiotiklərdən yalnız həkim təyinatı ilə istifadə edilməlidirPandemiya dövründə antibiotiklərdən yanlış istifadə aktuallıq kəsb edir. Təəssüf ki, ölkəmizdə də yeni növ koronavirusa (COVID-19) yoluxan xəstələrin bir çoxu evdə həkim məsləhəti olmadan həmin dərmanları qəbul edirlər. Həkim-terapevt bildirir ki, virusla bağlı şikayətlərdə simptomların müddəti 5-7 gün, bəzən də üç həftəyədək davam edə bilər. Əlamətlərin şiddətli olması da antibiotik istifadəsi üçün səbəb deyil.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzi Gömrük Hospitalı reanimasiya və anesteziologiya şöbəsinin rəisi, reanimatoloq Tural Sadıqov deyib: "Xəstədə koronavirusla yanaşı digər bakterial infeksiyalar baş qaldırır, həmin xəstəliklərin ağırlaşmasının qarşısını almaq üçün antibiotiklərdən istifadə tibbi göstəriş olur və onu təyin edirlər. Bundan əvvəl təyin olunan antibiotiklər həm immun sisteminin zəifləməsinə, həm də orqanizmdə şərti patogen bakteriyaların ona qarşı dözümlülüyünün yaranmasına aparıb çıxarır. Bu da xəstəliyin ağırlaşması zamanı həmin dərman preparatından istifadənin səmərəsizliyinə, nəticədə xəstəliyin daha da ağırlaşmasına səbəb olur".
Bəzən uşaqlarda xəstəliyin simptomları ağır olur, qızdırma yüksəlir və bir neçə gün davam edir. Bu zaman valideynlər çıxış yolunu antibiotiklərdən istifadədə görürlər. Həkim-pediatr Nigar Mirzəyevanın dediyinə görə, preparatın qəbulu zamanı valideynlər bəzi məqamlara diqqət yetirməlidirlər: "Antibiotiklərin verilmə dozası və müddəti böyük əhəmiyyət kəsb edir. Onların bəzisi 3, bəzisi 10 günə qədər istifadə edilə bilər və bu, onun növündən asılıdır. Bəzən antibiotiklər təyin ediləndən bir müddət sonra simptomlar aradan qalxan kimi onun dozasını azaldır və dayandırırlar. Əslində bu, ən böyük yanlışlardan biridir. Bu, çox vaxt orqanizmdə məhv olmayan mikrobun antibiotikə qarşı daha rezistent, yəni daha dayanıqlı hala gətirilməsinə səbəb olur".
Antibiotiklərin ən ciddi əks təsirlərindən biri anafilaktik şokdur, həmçinin həmin preparatlardan uzunmüddətli istifadə ağciyər və böyrək çatışmazlığına səbəb ola bilər. Ona görə də xəstəliklə əlaqədar hər hansı narahatlıq zamanı vaxtında həkimə müraciət edilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1504   Tarix: 01 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

donlar 2026 toy gecesi kosmetoloq intim məktəb qadın xəyanət vətən haqqında atalar sözləri tərəvəzlər kosmetika hakista hakışta qu quşu novruza aid hakisda baldiza aid hakisda