Aparıcı Vüsalə: "Fırıldaqçı, yalan oyunlarla, artistliklə..."
Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə övladlarına baxmayan kişilərin ünvanına ağır fikirlər bildirib.
Xanim.az Publika.az-a istinadən xəbər verir ki, aparıcı 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə qızının bağçada təşkil olunan tədbirində iştirak edib.
"Həyəcanımın həddi-hüdudu yoxdur. Balam ilk dəfə bağçada bayram tədbirində iştirak etdi. "Analar" gününə həsr olunduğu üçün həyacanlı idim. Valideyn kimi ilk dəfə Diləyimin uğuruna sevincdən ağlayırdım.
Mənim nəfəsim, son günümə qədər yanında, arxanda olacam. Allah bizi heç kimə möhtac etməsin, necə ki, indi hər şeyi təkbaşına edə bilirəm. Məni "Ana" edən Allahıma və sənə təşəkkür edirəm, Diləyim. 4 ildir ki, ana-bala əl-ələ verib yaşadıq, böyüdük, bundan sonrasından qorxum yoxdur. Uşağa sevgi şəkillə, yalan oyunlarla, özünüreklam və artistliklə olmur. Onunla uşağın nə qarnı doyur, nə ruhu qidalanır. Özəl gündə yada salmayanlar, bir kağız parçasını, sənədi balasından əsirgəyən fırıldaqçılar var. Allah hər kəsi belə nankorlardan qorusun".
Xatırladaq ki, Vüsalə Əlizadə həmkarı Azər İsmayılovla evli olub. Onlar 2013-cü ildə boşanıb. Cütlüyün Dilək adlı bir qızı var.
Azər İsmayılov ötən il ailəsinin seçdiyi xanımla ailə qurub.
Qeyd edək ki, A.İsmayılov qızını sosial şəbəkədə təbrik edib və onun bir yaşında çəkilmiş fotosunu paylaşıb.












İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Güllünü öldürən doğma qızına bu cəza verildi
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Necla Uyqur vəfat etdi
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış