Apteklərdə satılan koronavirus testlərinə inanmaq olarmı? - Həkim açıqladı
Apteklərdə satılan sürətli koronavirus testlərinə inanmaq olarmı? O testlər əsasən infeksiozluğu göstərir, infeksiyanı yox. Gərək burun və udlaqdan götürülmüş materialda virus həddən artıq çox olsun ki, test müsbət çıxsın. Bunun əhəmiyyəti odur ki, yüksək virus yüklü xəstələr tez aşkar olunacaq.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, reanimatoloq-anestezioloq Şahin Məmmədov qeyd edib. Həkim bildirib ki, kimdə testin cavabı pozitiv çıxıbsa, virus yükü yüksəkdir və həmin insan yoluxdurucudur:
"Amma kimdə virus yükü azdırsa, yanlış neqativ cavab çıxacaq. Və həmin adam arxayınlaşaraq davranışına elə də nəzarət etməz və ətrafdakılara virusu yayar. Sizdə həmin test pozitivdirsə, inanın, həm də bilin ki, ətrafdakılar üçün yoluxdurucusunuz, xəstəliyin ilk 5-10 günlüyündəsiniz. Əgər cavab neqativ çıxarsa, tam arxayın olmayın, bu testlər infeksiyanı inkar edə bilmir. Ola bilər siz koronavirusa yoluxmusunuz, amma virus yükünüz azdır".
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Müğənni həbsxanaya göndərildi
Bu dəfə serial ulduzu olacaq
25 il sonra yenidən "Mumiya"da - Foto
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı