Aqressiv uşaqla necə davranmalı. Psixoloqun tövsiyələri

Aqressiv uşaqla necə davranmalı. Psixoloqun tövsiyələriUşaqlarda aqresiya son zamanların ən aktual mövzularındandır.
Aqressiv uşaqların sayı sürətlə artır. Bu çoxlu sayda xoşagəlməz faktorların təsirindən yaranır:
-  Uşaqların həyatının sosial şəraitinin pisləşməsi
- Ailə tərbiyəsinin düzgün təşkil olunmaması
- Məktəbdə uşaqların sinir-psixi vəziyyətinə diqqət yetirilməməsi
- Uşağın baş beyninin zədələnməsi kimi ağırlaşmalarla nəticələnən patoloji hamiləlik və doğuşların sayının artması, bundan başqa kütləvi informasiya vasitələrinin də böyük təsiri var.
Aqressiv uşaqlarla necə davranmalı:
- Səs tonunuza diqqət edin. Yüksək səslə danışmaq uşağı daha aqressiv edir. Şüuraltı olaraq mənfi təsir göstərir.
- Fiziki cəza olmaz. Qəzəbinizi idarə etməyi bacarın. Uşağınıza qarşı səs yüksəltmək, vurmaq heç də doğru üsul deyil. Əgər uşağınızın qışqırmasını isətmirsirnizsə, ilk növbədə siz bu cür davranmalısınız.
- Nümunə olun. Siz düzgün davranın ki, uşağınız sizi nümunə götürsün. Unutmayın ki, uşaqlar böyükəri təqlid edərək böyüyür.
- Müsbət davranışları mükafatlandırın. Mükafatlandırma hansısa bir hədiyyədən daha çox sözlə ifədə olunmaqla daha müsbət tərəfə yönəltməklə həyata keçirilsə daha yaxşı olar. Məsələn, "Afərin sənə, sözünü tutdun", "Mən bilirdim ki, sən verdiyin sözləri tutursan", "Səninlə fəxr edirik" və .s.
- Səbrli olun və izah edin. Hər şeyə qadağa qoymaq düzgün deyil. Nəyi nə üçün qadağan etdiyinizi səbrlə izah edin. Zərərlərini, itirə biləcəklərini açqlayın.
- Sosial normaları izah edin. Cəmiyyətdə necə davranmalı olduğunu, böyüklərə, yaşlılara, qadınlara, uşaqlara, valideynlərinə hörmətlə yanaşması gərəkdiyini, hansı davranışların müsbət, hansıların mənfi olduğunu hər fürsətdə izah edin. Hər kəsə qışqıran, aqressiv davranan insanın insanlar tərəfindən sevilmədiyini, dostlarını itirə biləcəyini söyləyin.
- Uşağınızı tanıyın. Onu hirsləndirə biləcək şeyləri müəyyənləşdirin və mümkün olduğu qədər məntiqli şəkildə bunlardan uzaq durun.
- Səhvlərini deyin. Aqressiv olduqda sakitcə otağına göndərin. Əgər getmirsə onun yanından uzaqlaşın. Lakin, sonra nəyi səhv etdiyini və nə üçün ona "olmaz" dediyinizi izah edin.
- Ailə üzvlərinin sözü bir olsun. Belə şəraitdə ailə üzvlərindən biri sərt, digəri həddən artıq yumşaq davranarsa uşaq daha da ərköyünləşər, inadkar və eqoist olar.
- Uşağınıza qarşı "sən tərssən" , "aqressivsən" və s. ifadələr işlətməyin. Belə olduqda o, daha da aqressivləşər.
Ən əsası övladınızı bir şəxsiyyət kimi qəbul edin və ona hörmət edin. Unutmayın ki, uşağınızın gələcəyi sizin bu gün onu tərbiyə etməyinizdən asılıdır.
Sevinc Əsgərova
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1352   Tarix: 11 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

gelinlikler qadın geyimi gözəllik məhsulları mürəbbələr tanınmış qadın simalar çantalar gavalı salatı kosmetika irem derici vicdan dolca faydalı bilgilər vusale elizade