Aramızdakı "gizli düşmən" - Orqanizmi məhv edir: Hər evdə var
Mikroplastiklər qadın sağlamlığı üçün ciddi təhlükə yaradır.
Milli.Az xəbər verir ki, gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən plastiklər, qadın sağlamlığı üçün gözləniləndən də böyük risk daşıyır. Araşdırmalara görə uşaqlıq daxili toxuma və plasentaların 60 faizində mikroplastik izləri aşkarlanıb. Bu isə göstərir ki, ana bətnindəki körpələr belə plastik çirklənmədən təsirlənə bilər.
Prof. Dr. Onur Erol bildirir ki, insanlar hər gün fərqinə varmadan mikroplastikləri udur, havadan nəfəs alır və ya dəri vasitəsilə orqanizmə qəbul edir. Plastik şüşədəki sularda, plastik qablaşdırmada saxlanılan qidalarda, hətta kosmetik vasitələrdə ( dodaq boyalarında, pilinq gellərində, parladıcılarda ) milyonlarla mikroplastik hissəcik mövcuddur.
Mütəxəssis mikroplastiklərin qadın sağlamlığına bir sıra mənfi təsirlərini açıqlayıb. Onların tərkibindəki endokrin pozucu maddələr hormonal sistemi poza, menstruasiya pozğunluqlarına, yumurtalıq ehtiyatının azalmasına və polikistik over sindromu riskinin artmasına səbəb ola bilər.
Hamiləlik dövründə mikroplastiklərin təsiri daha da ciddi olur. Plasentada yığılan hissəciklər körpəyə qida və oksigen keçidini çətinləşdirə, iltihablanmalara yol açaraq erkən doğum riskini artırır və orqanların inkişafında ləngiməyə səbəb ola bilər.
Prof. Dr. Erol xəbərdarlıq edir ki, mikroplastiklərdə olan BPA və ftalatlar estrogenə bənzər təsir göstərir və bunun nəticəsində yumurtlama problemləri, güclənmiş menstruasiya ağrıları, süni mayalanma (IVF) proseslərində uğur şansının azalması kimi hallara səbəb olur.
Mütəxəssislər bildirir ki, xüsusilə hamilə və reproduktiv yaşda olan qadınlar üçün mikroplastiklərin zərərlərindən qorunmaq gündəlik həyatın önəmli hissəsinə çevrilməlidir.
İsmayıl
Milli.Az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Necla Uyqur vəfat etdi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu