Araqda isladılmış maska Omikrondan qoruyur? - Akademikdən cavab

Araqda isladılmış maska Omikrondan qoruyur? - Akademikdən cavabRusiya Elmlər Akademiyasının akademiki Sergey Kolesnikov bildirib ki, araqda isladılmış maskanın köməyi ilə Omikrona müqavimət göstərmək olar.
Lakin onun açıqlaması həmkarlarının tənqidi ilə qarşılanıb. Virusoloqlar xəbərdarlıq ediblər ki, əksinə araq inhalyasiyaları selikli qişaya zərər verə bilər.
Medicina.az xəbər verir ki, Viral İnfeksiyaların Qarşısının Alınması və Müalicəsi üzrə Milli Tədqiqat Mərkəzinin direktoru Georgi Vikulov gazeta.ru-ya müsahibəsində bəzi alimlərin hələ də bu metodun effektivliyi barədə məlumatlara malik olmadığını vurğulayıb: "Araqla inhalyasiya Omikron ştamının müalicəsi üçün tövsiyə deyil".
"İçki içənlərin çox olduğu bir ölkədə bunu ayrıca tibbi texnologiya hesab etmək düzgün deyil. Dəlillərə əsaslanan tibbdə belə tövsiyələr yoxdur", - o, akademik S.Kolesnikovun COVID-19-la mübarizə üsulu ilə bağlı fikrinə münasibət bildirərkən vurğulayıb.
G.Vikulov əlavə edib ki, istənilən tibbi tövsiyələr sübuta əsaslanan tibb prizmasından keçməlidir. Əgər bu edilməyibsə, bu cür ifadələr sadəcə ekspert rəyidir.
Akademik S.Kolesnikov isə virusdan qorunmaq üçün maskaya bir neçə damcı araq əlavə edib nəfəs almağı tövsiyə edib.
O, araqla yanaşı, izdihamdan uzaq durmaq, əl-burun gigiyenasına diqqət yetirmək və daha az nəqliyyatdan istifadə etmək üçün piyada gəzməyi məsləhət görüb.
"Çünki əsas yoluxma avtobuslarda, trolleybuslarda, tramvaylarda olur. Tibb müəssisələrinə isə buna görə zərurət olmadıqca, ora getməmək daha yaxşıdır", - deyə akademik bildirib.
Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru Gennadi Onişenko da S.Kolesnikovun fikrinə qarşı çıxıb. Gazeta.ru-ya verdiyi şərhdə o, həmkarının "COVID-19-un müalicəsində araq inhalyasiyası" fikrini cahillik adlandırıb.
Digər mütəxəssis Larisa Popoviç arağın həm selikli hüceyrələri, həm də ardıcıl olaraq hər şeyi öldürdüyünü qeyd edib: "Əlbəttə, spirtin antiseptik təsiri var, lakin o, şübhəsiz ki, virusları öldürmür. Virusu bu yolla öldürmək olmaz, ancaq selikli qişanı zədələmək asandır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1161   Tarix: 26 yanvar 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

yay geyimləri 2026 toy gecesi gozel gorunmek interyer dizayni həsrət şəkilləri buga burcu ideal toy kosmetika pomidor rus dili 2ci ders hesaplama tapmacalar qu quşu