Arıqlamağın ən sağlam yolu
Pukyonq Milli Universitetinin alimləri su aerobikasının artıq çəkiyə və bel ölçüsünə qarşı mübarizədə effektiv və sağlam bir üsul olduğunu aşkar ediblər.
Milli.Az xəbər verir ki, bu təlim xüsusilə 45 yaş və daha yuxarı olan insanlar üçün ideal bir seçimdir. Tədqiqatçılar suyun içində fiziki hərəkətlərin yalnız əzələləri gücləndirməklə qalmadığını, həm də çəkiyi azaltmağa, bədən ölçüsünü kiçiltməyə və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək etdiyini bildiriblər.
Su aerobikası az təsirli məşqlərdən biri olduğundan eklem problemləri və oynaq zədələnmələrini minimuma endirir, xüsusilə yaşlı insanlar üçün daha təhlükəsiz və rahatdır. Həmçinin, su içindəki hərəkətlərin təkrarı bədənin qan dövranını artırır, metabolizmanı sürətləndirir beləliklə artıq çəkini azaltmağa kömək edir. Su aerobikası həm də əzələləri tonlandırır, bədəni gücləndirir və kalori yandırır. Məşqlər ruh halını yaxşılaşdırır, stresi azaldır və ümumi psixoloji sağlamlığa müsbət təsir göstərir. Su aerobikasına başlamaq üçün xüsusi avadanlıq tələb olunmur yalnız suya uyğun idman paltarı və rahat ayaqqabılar kifayətdir. Bu məşq növü yaşlılar, fiziki fəaliyyətlə məşğul olmaqda çətinlik çəkənlər və bədənində müəyyən sağlamlıq problemləri olan insanlar üçün mükəmməl seçimdir.
Su aerobikasının nəticələri bədənin elastikliyini və çevikliyini artırmağa, çəki azaltmağa, bel ölçüsünü kiçiltməyə və əzələ tonusunu yaxşılaşdırmağa kömək edir.
Asya
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi