Arıqlamanın cərrahi üsulları

Arıqlamanın cərrahi üsullarıÇəkinin azaldılması üçün bütün digər üsullar tükəndiyi halda cərrahi üsuldan istifadə edirlər. Əgər digər yolla çəkinin azaldılmasına ümid varsa, onda cərrahiyyə əməliyyatına getmək lazım deyil.
Çəkinin cərrahi yolla azaldılmasının bir neçə üsulu vardır. Məsələn, mədənin bir hissəsinin tikilməsi, mədənin bir hissəsinin kəsilməsi, mədənin daxilinə silikon balonun yerləşdirilməsi və s. Bütün bu əməliyyatların nəticəsində mədənin həcmi xeyli kiçilir, insan az miqdarda qida qəbul edəndən sonra toxluq hiss edir. Nəticədə insan arıqlayır.
Çəkinin cərrahi yolla azaldılmasının ən yayılmış üsulu - liposaksiyadır. Amma həkimlər liposaksiyaya çəkini azaldan əməliyyat kimi yox, bədən formasını yaxşılaşdıran əməliyyat kimi baxırlar. Məhz liposaksiya əməliyyatı, fiziki hərəkətlər və pəhrizlər üçün "çətin" hesab edilən yerlərdən - "qalife" nahiyəsi (budların xarici səthi), yanlardan (sağrı nahiyələri), gövdədən, baldır, diz oynaqları nahiyələrindən piyin təmizlənməsinə imkan verir.
Əməliyyat ümumi narkoz altında, əməliyyatın bədənin hansı hissəsində keçirilməsindən və çıxarılan piyin miqdarından asılı olaraq, adətən 30 dəqiqədən bir neçə saata qədər davam edir. Əməliyyat zamanı 2-5 mm ölçüsündə olan mikrokəsiklərdən dərialtı sahəyə əvvəlcə piyi "əridən" məhlul yeridilir, sonra isə bu piy nazik metal kateter (borucuq) və tozsoranı xatırladan vakuum nasosunun köməyilə sorulur. Bəzən əməliyyat zamanı dərinin artıq hissəsini də kəsmək və tikməyə ehtiyac olur. Bu onunla izah olunur ki, kök adamlarda dəri dartılmış olur, piylərin tez bir zamanda xaric edilməsindən sonra isə o sallanır.
Bu əməliyyata əks göstərişlər bunlardır: ürək və damarların ağır xəstəlikləri, diabet və s. Buna görə də əməliyyatdan qabaq pasiyent geniş şəkildə tibbi müayinələrdən keçirilir. Liposaksiya əməliyyatı qarında, döşdə, baldırlarda, kürəkdə, qollarda, dizətrafı sahədə, buxaq nahiyəsində, yanaqlarda edilə bilər.
Liposaksiya əməliyyatını yalnız bu sahədə böyük təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislərə etibar etmək olar. Əks halda, xoşagəlməz estetik fəsadlar ola bilər: dəridə çalalar, batıqlar və s. Cərrahın professionallığından başqa, əməliyyatın nəticəsinə qadının fərdi xüsusiyyətləri - onun dərisinin yığılma qabiliyyəti və s. də təsir göstərir.
Liposaksiyaya və ya xarici görünüşünüzü yaxşılaşdırmaq üçün başqa bir əməliyyata getdikdə, əməliyyatın sizə nə dərəcədə vacib olduğunu yaxşıca fikirləşin. Çünki istənilən əməliyyat riskdir və müəyyən ağırlaşmalar, əlavə effektlər də verə bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1250   Tarix: 11 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

turlar.az

qadin sayti maskalar geyim seçimi veten haqqinda atalar sozu evdarlıq kitabı dogusun baslanmasi encir murebbesi kosmetika vətən həsrəti zəhmət qizliq perdesi sac duzumleri novruza aid hakisda