Arıqlamaq üçün möcüzəvi resept - Düyü dəmləməsi

Arıqlamaq üçün möcüzəvi resept - Düyü dəmləməsiOrqanizmi düyü ilə təmizləmək ən çox məsləhət görülən üsullardan biridir.

Elmi təbabəbətdə düyü arıqladıcı, orqanizmi və dərini təmizləyən, saçı bərpa edən vasitə kimi qəbul edilir. Qısa zamanda nəticə verir və öz möcüzəsini göstərir. Effekti soda və limon şirəsi ilə müqayisə edilə bilər. Bu gözəl Asiya resepti ilə sizi tanış edirik. İnanırıq ki, sizin də xoşunuza gələcək.

İnsanlar fərqli olduğu kimi orqanizmlər də fərqlidir. Hansısa resept birinə təsir edir, digərinə yox. Lakin bir şeyi unutmayın. İstifadə edəcəyiniz süni, normasından uzun, sintetik, emal olnub həddindən artıq ağardılmış düyüdən deyil, öz təbii rəngində olan, qoxulu, yerli (uzun-xırda fərq etməz) düyüdən istədiyiniz effekti ala biləcəksiniz.

Düyü ilə dəri təmizləməsi:

Düyünün tərkibi B, C, E vitaminləri ilə zəngindir. Bu vitaminlər məsamələri azaldır, dərini yumşaldır. Və yeri gəlmişkən, dərini günəş şüasından qoruyur. Düyünü istifadə etmədən öncə tozunu, çirkini təmizləmək üçün 0.5 fincan düyü yuyulur. Şüşə qabda üzərinə çıxana kimi çiy su tökülür, 1 saat gözlənilir. Bu vaxt ərzində düyünün tərkibi suya qarışır və bu da dəridə öz effektini göstərir. Sonra su süzülür və pambıqla dəriyə çəkilir. Quruduqca bir neçə dəfə çəkə bilərsiniz. Və zamanla dərinizin yumuşaldığının, elastikliyinin artdığının şahidi olacaqsınız. Süzülmüş düyünü nədəsə istifadə edə bilərsiniz deyə atmayın. Bu suyu soyuducuda 5 gün saxlamaq olar.

Saçlar üçün düyü suyu:

Dəri üçün hazırlanan məhlulla saçları da yumaq olar. Nəticədə saçlar yumuşaq, parlaq olur.

Arıqlamaq üçün düyü suyu:

Arıqlamaq üçün isə düyü suyu bu çür hazırlanmalıdı: Bizə düyü dəmləməsi lazımdır, daha doğrusu düyü həlimi. Adi qayda olaraq da, düyü qaynadıldıqda alınan su arıqladıcı vasitə sayılır. Amma asiyalılar bunu çətin üsulla hazırlayırlar.

Asiya üsulu:

1. 1 fincan yuyulmuş, təmiz düyüyə 4-7 fincan su əlavə edilir.

2. 2-4 saat zəif odda ağzı açıq halda dəmlənilir.

3. Hazır dəmləmə gün ərzində içilir.

1 fincan düyü dəmləməsi 150 kalori dəməkdir. Bu isə bir oturumda qəbul etdiyiniz 650 kalorini əvəz edə bilər. Bu üsul insanı incəltməklə bərabər, orqanizmdən duzu da tökür.

Qıcqırdılmış düyü suyu:

Bu düyü suyu az turşumuş olur. Dadında da az turşuluq hiss olunur. Lakin bu suyun tərkibi antioksidant, minerallar, E vitamini və fermenlərlə zəngindir. Bu su dəridə sızanaqlara, qırışlara, dəri iltihabına müsbət təsir göstərir, dəriyə parlaqlıq verir. Bu suyla saçları yumaq qədim Asiya üsuludur. Yaponiyada 80 yaşlı qadınların saçlarının uzunluğu 1.8 metrdir. Saçların bu cür qalmasının sirri isə qıcqırdılmış düyü suyudur. Düyü suyu saça gözəllik verməklə bərabər, həm də uzadır.

Qədim Asiya resepti ilə qıcqırdılmış düyü suyu:

Yapon xanımları düyü hazırlayarkən onun suyunu qətiyyən atmırlar. Hər düyü bişirərkən suyu toplayırlar və saçlarını yuyurlar. Hətta restoranlar düyünün suyunu satırlar. Bu su 1 gün otaq temperaturunda saxlanılır, sonra yüksək odda 1 dəfə qaynadılır. Soyudulur ora 2-3 damcı lavanda və ya rozmarin yağı əlavə olunur. Saçlar bu dəmləmə ilə yuyulan zaman 1 dəqiqə massaj olunur. Dəmləmə qatı olsa, ona adi su qatıb durultmaq olar. Bunu istəsəniz hər yuyanda da edə bilərsiniz.

Atv.az

Gözəllik və Moda     Baxılıb: 3236   Tarix: 22 avqust 2016
f Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən cazibədar qadınları illər əvvəl və indi

Sindi Krouford, Naomi Kepmbel, Haydi Klum, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Kristi Terlinqton, Karla Bruni 70-80-ci illərin ən çox məşhur modelləri olsalar da, bu günədək onlara moda dünyasında böyük tələba

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

turlar.az

gozel gorunmek yay geyimləri 2026 makiyaj etmek qaydalari ancelina colinin sekilleri goz altı qırışlar eşq və məhəbbət veten haqda atalar sözləri kosmetika sevda hüzeyir hacibəyov tərəzi bürcü aysel novruz bayramı haxışta