Arıqlamaq üçün yeyilməli olan məhsulların adları açıqlandı

Arıqlamaq üçün yeyilməli olan məhsulların adları açıqlandıRusiyalı həkim-dietoloq Yelena Solomatinanın sözlərinə görə, arıqlamaq üçün rasiona mütləq lifli qida məhsulları əlavə edilməlidir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssis "Qovorit Moskva" radiosuna müsahibəsində bildirib ki, liflərlə bol olan tərəvəz yağların orqanizmdən çıxarılmasında böyük rol oynayır. Bu səbəbdən də artıq çəkidən xilas olmaq istəyənlər kələmdən çox istifadə etməlidirlər. Liflərdən əlavə, bu tərəvəzin tərkibində tartron turşusu var ki, bu da karbohidratların izafi çəkiyə çevrilməsinə mane olur.
Lakin qalxanabənzər vəzinin xəstəliklərindən əziyyət çəkən qadınlar mütləq həkimləri ilə məsləhətləşməlidirlər. Çünki bu xəstəliklər zamanı kələm, əksinə, kökəlməyə səbəb ola bilər.
Eyni zamanda, arıqlamaq üçün bol maye qəbul edilməli və tərkibində çox su ola tərəvəzlər (məsələn, xiyar) yeyilməldiir.
"Göyərti və tərəvəz həzm olunarkən orqanizm xeyli enerji itirir və bu, arıqlamaq üçün gözəl fürsətdir", - Yelena Solomatina deyib.
O, paxlalı bitkilərin faydasından da danışıb. Belə ki, bu cür qida məhsulları doyma hissi yaradır və qanda şəkərin miqdarını aşağı salır.
Yemək yeyərkən ədviyyatlardan istifadə olunmalıdır - zəncəfilin, qara və qırmızı istiotun tərkibindəki maddələr orqanizmin hərarətini yüksəldir və qan dövranını sürətləndirir ki, bu da nəticədə həzm prosesini və maddələr mübadiləsini stimullaşdırır.
Arıqlamaq istəyənlər əti də unutmamalıdırlar. Dietoloqun sözlərinə görə, onlar rasionlarına qaynadılmış toyuq əti (sinə hissəsi) və yağsız mal əti əlavə etməlidirlər. Lakin qırmızı ət həftədə iki dəfədən çox olmamaq şərtilə yeyilməlidir.
Günün birinci yarısında bir-iki yumurta (misal üçün, pomidorla birlikdə) orqanizmi bol enerji ilə təchiz edir və beyinin işini yaxşılaşdırır. Eyni zamanda, belə qida kökəlməyə səbəb olmur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1688   Tarix: 04 iyul 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

gelinlikler geyim dəbləri yay geyimləri 2026 sufle resepti cinsəl sağlamlıq toxunma geyimlər ata ve qiz kosmetika sac duzumleri rus dili 2ci ders uzeyir xanim az novruz hakisdalari