Arıqlamaq və idmanla məşğul olmaq şəkər xəstəliyinin qarşısını alır?
Arıqlamaq və idmanla məşğul olmaq şəkərli diabet riskini azaldır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bir neçə kiloqram çəki itkisinin və 2 il idmanla məşğul olmağın 2-ci tip diabet (insulindən asılı olmayan) riskini yarıbayarı azaltdığı məlum olub.
"Diabetes Times" saytının məlumatına görə, Norfolk Diabetin Qarşısının Alınması Araşdırması tərəfindən aparılan tədqiqatın nəticələri "JAMA Interior Medicine" jurnalında yayımlanıb. Diabetə səbəb ola biləcək aşağı qlükoza rezistentliyi olan mindən çox insanı araşdırma çərçivəsində 8 il izlənib. Mütəxəssislər, bu müddət ərzində 2 və ya 3 kiloqram arıqlayıb, 2 il fiziki aktivliyini artıraraq həyatlarında ağlabatan dəyişiklik edənlərdə 2-ci tip diabet riskinin 40-47 faiz arasında azaldığını müşahidə ediblər.
Alimlər bu tədqiqatın 2-ci tip diabetin qarşısının alınmasında əhəmiyyətli bir təsir göstərəcəyini vurğulayıb.
Beynəlxalq Diabet Federasiyasının məlumatlarlna görə, ötən il dünyada 463 milyon yetkin insan diabet xəstəsi kimi qeydiyyatda olub. Bu rəqəmin 2045-ci ildə 700 milyona çatacağı gözlənilir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Ülviyyə Əliyevaya ağır itki
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Yusif Mustafayev 17 kiloqram arıqlayıb