Artiq çəki artiq dərddirmi?

Artiq çəki artiq dərddirmi?Artiq çəki - yaxın dövrlərə qədər qüvvət, sağlamlıq və varlılıq əlaməti hesab edildiyi halda, günümüzdə müalicə edilməsi vacib olan bir xəstəlikdir. Hətta 30-40 il öncəsinə qədər cəmiyyətə "gözəl, normal" kimi təqdim edilən qadınlar, kişilər günümüzdə "artıq çəkili" hesab edilənlərdir. Bu hal atalar sözlərimizə belə təsir etmiş, bizdən qabaqkı nəsillər "bir parça ət, min ayıbı örtər" demişlər.
Artıq çəki - qarın tipli və ya göbək tipli olarsa, ürək- damar xəstəlikləri riski daha çoxdur. Buna görə də, bel çevrəsi əsas göstəricilərdən biridir və normada kişilərdə 94, qadınlarda isə 80 sm-dən az olmalıdır (İDF).
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ildən-ilə dünyada artıq çəki və piylənmənin sürətlə artdığını qeyd edir ki, bu da çox ciddi haldır. Azərbaycanda isə kişilərin 50, qadınların isə 60%-də artıq çəki problemi var.
Artıq çəkinin səbəb olduğu xəstəliklər
Hazırki dövrdə artıq çəki və piylənmənin; infarkt, yüksək qan təzyiqi, iflic, şəkər xəstəliyi, süd vəzi, uşaqlıq, prostat və yoğun bağırsaq xərçəngi, varikoz, apnoe - yuxuda nəfəsin dayanması, hipoksiya, çətin doğuş, yumurtalıqların polikistozu - PKOS, depressiya, yırtıqlar, artrit kimi xəstəliklər üçün çox mühüm risk faktoru olduğu sübut edilmişdir.
Alış-veriş zamanı tövsiyələr
Ərzaq məhsullarını almağa acqarına getməmək
Alınacaq şeylərin siyahısını əvvəlcədən hazırlamaq
Siyahıdakı mallara yetəcək qədər pul götürmək
Yeyilmək üçün hazır vəziyyətdə olan ərzaqları almamaq
2 qidadan daha az kalorili olanını seçmək
Ərzaqlar barədə olan televiziya proqramlarına və ya reklamlara baxmamaq
Yeməklə əlaqədar bəzi tövsiyələr
Yeyilə bilən şeyləri göz qabağında saxlamamaq
Mətbəxdə çox vaxt keçirməmək, işi bitincə, uzaqlaşmaq
Yeməməsi gərəkən qidaları evdə saxlamamaq
Çömçə, iri xörək qaşığı və s. kimi köməkçi vasitələrin kiçik olmasına diqqət etmək
Yeməklə dolu qazanı və ya tavanı süfrəyə qoymamaq
Yemək bitən kimi masadan qalxmaq
Boşqabda yemək saxlamaqdan çəkinməmək, qalanını o biri öyünə saxlamaq
Tikələri yaxşıca və aramla çeynəyərək dadını hiss etməyə çalışmaq
Loxmalar arası zamanda çəngəl-qaşığı yerə qoymaq
Yemək vaxtı başqa işlə məşgul olmamaq (televizora baxmaq, kitab oxumaq və s.)
Təkrar qoya biləcəyini düşünərək boşqabına ilk dəfədə az yemək qoymaq
Alkoqol, dadlı sous və ədviyyatlardan qaçmağa çalışmaq
Dietoloqa sual ver
Dr. Səlim Əhədov
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1002   Tarix: 02 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

geyim dəbləri donlar 2026 gozel gorunmek cinsi mövzular hər gün bal ziyafət geyimləri 2026 toy gecəsi kosmetika bürcler penis vətən ariqlamaq meseller