Artıq çəkili insanları sevindirəcək xəbər - 450 min insan üzərinə araşdırıldı: Nəticə təəccübləndirir

Artıq çəkili insanları sevindirəcək xəbər - 450 min insan üzərinə araşdırıldı: Nəticə təəccübləndirirNyu-Yorkdakı Tibb Məktəbi və Kopenhagen Universitetinin alimlərinin apardığı genişmiqyaslı araşdırma obez insanlarla bağlı gözlənilməz nəticələr ortaya qoyub.
Milli.Az xəbər verir ki, dünya miqyasında sürətlə yayılan obezitə adətən şəkərli diabet, ürək-damar xəstəlikləri və yüksək təzyiqin əsas səbəblərindən biri hesab olunur. Lakin, bu belə deyilmiş.
Avropa mənşəli 450 mindən çox insanın genetik məlumatlarının təhlili zamanı obeziteni ciddi xəstəlik risklərindən qismən qoruyan 266 genetik fərqlilik aşkar edilib. Məlum olub ki, bu genetik xüsusiyyətlərə sahib şəxslərin kökəlmə ehtimalı daha yüksək olsa da, onların şəkər, ürək xəstəliyi və təzyiq problemi ilə qarşılaşma riski digərlərinə nisbətən daha aşağıdır.
Mütəxəssislər bildiriblər ki, obezite vahid bir vəziyyət deyil, müxtəlif sağlamlıq təhlükələri ilə bağlı səkkiz fərqli alt tipdən ibarətdir. Ən maraqlı məqamlardan biri isə odur ki, bu qoruyucu genetik faktorların təsiri uşaqlarda da müşahidə olunub. Yəni belə uşaqlar kökəlsələr belə, metabolik xəstəliklərin əlamətlərini göstərmirlər.
Araşdırma müəllifləri hesab edirlər ki, əldə edilən nəticələr gələcəkdə həkimlərin hansı insanların daha böyük risk altında olduğunu müəyyənləşdirməsinə və yeni müalicə üsullarının hazırlanmasına imkan verəcək.
Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, bu nəticələr obezitenin təhlükəsiz olduğunu göstərmir. Qidalanma və fiziki aktivlik hər halda sağlamlığın qorunmasında əsas rol oynayır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2022-ci ildə dünya əhalisinin hər səkkiz nəfərindən biri artıq çəkidən əziyyət çəkib və son otuz ildə obezitenin yayılması iki dəfədən çox artıb.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1300   Tarix: 18 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

yaz geyimleri 2026 kosmetoloq gozel gorunmek toy gecesi arıqlamaq bas ortuleri elm haqqında aforizmlər kosmetika vetene aid bayati ariqlamaq meseller hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz vətən haqqında bayatı