Asfiksiya nədir

Asfiksiya nədirAsfiksiya kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır. Bu zaman orqanizmə oksigen daxil olmur və karbon qazı xarici mühitə verilmir. Asfiksiyanın əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır:
* tənəffüs yollarının sıxılması, mənfəzinin şiş toxuması və ya yad cisimlə tutulması
* ağciyərlərə maye dolması
- suda boğulan adamların ağciyərlərinə su dolduqda
- dölün tənəffüs yoluna dölyanı maye dolduqda
* qırtlağın iltihab nəticəsində daralması
* tənəffüs əzələlərinin iflici
* toxuma tənəffüsünün pozulması.
Asfiksiya zamanı hipoksiya, hiperkaphiya və asidoz müşahidə edilir.
Asfiksiyanın inkişaf etməsi 4 mərhələdə gedir. Birinci mərhələdə təngnəfəslik müşahidə edilir, arterial təzyiq yüksəlir, ürək vurğuları sürətlənir. İkinci mərhələdə ekspirator təngnəfəslik meydana çıxır, təzyiq yüksəlir, sinir sisteminin fəallığı artır.
Üçüncü mərhələ tənəffüsün bir-neçə saniyədən bir 1-2 dəqiqə dayanması ilə xarakterizə olunur. Bu zaman arterial təzyiq azalır. Asfiksiyanın dördüncü mərhələsi terminal mərhələ hesab edilir. Bu zaman sinir mərkəzinin sarsıntısı nəticəsində reflekslər itir, bəbəklər genəlir, əzələlərin tonusu itir, arterial təzyiq kəskin surətdə aşağı düşür, ürək yığılmaları azalır, passiv nəfəsvermə müşahidə edilir.
Müşahidələr göstərmişdir ki, asfiksiya zamanı ürək fəaliyyəti tənəffüsün dayandığı andan sonra bir müddət davam edir.
Asfiksiya baş verən zaman onu yaradan səbəb aradan qaldırlmalı, toxumaların oksigenlə təhcizatı təmin olunmalıdır. Bu zaman süni tənəffüs, ürəyin xarici massajı və s. üsullarından istifadə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2071   Tarix: 07 yanvar 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

hamilelikde qidalanma adlarin menasi kosmetik vasiteler tutun xeyri cinsi mövzular kicik biznes qurmagin yollari qadın müdafiəsi kosmetika ekizler hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz ariqlamaq novruza aid hakistalar tanisliq