Aşıq Əlinin qohumunu öldürən şəxsin atası: "Kaş mənim oğlum ölərdi"

Aşıq Əlinin qohumunu öldürən şəxsin atası: "Kaş mənim oğlum ölərdi"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində toyda içəndən sonra Aşıq Əlinin qohumunu öldürməkdə təqsirləndirilən Vüsal Neymətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axşam.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə baxış iclası keçirilib.

Vüsal Neymətov ifadə verərək deyib ki, öldürdüyü Fəxri Kərimovla əvvəlcədən ədavəti olub:

"2013-cü ildə kafedə tanışlarımda yeyib-içib gülürdük. Fəxri yan masadan bizdə dedi ki, sakit olub. Mən də cavab verdim ki, kafedədə deyib gülərlər. Üstümə gəlib "ağıllı ol" dedi, heç nə demədim. Durub gedəndə məni təpiklə vurub yerə yıxdı, sonra da döydü. Burnum, dişim sındı.

Ondan sonra Fəxridən uzaq gəzirdim, onun olduğu yerə getmirdim. Hadisə günü toyda da onu görüb çıxmaq istədim, dostlarım qoymadı. Oturub yeyib içdik, sərxoş idim.
Birdən ağlıma gəldi ki, Fəxridən qisasımı alım. Onun oturduğu stola yaxınlaşdım, cibimdən bıçağı çıxarıb vurdum. Fəxri ayağa durub yaxamdan yapışdı, bir zərbə də vurdum. Nənəmgilə gedib rahat yatdım, səhər də gedib təslim oldum".

Mərhum F.Kərimovun atası Kamal Kərimov ifadə verərək deyib ki, oğlunun 4 övladı olub:

"Mənim oğlum namaz qılan, oruc tutan adam idi. Yük maşını sürüb ailəsini dolandırırdı, özü də peşəkar idmançı idi. Bu cəlladın isə nəşə çəkən, alkaş olduğunu hamı bilir. Öz atası həmişə deyir ki, oğlumun tərbiyəsi yoxdur. 2013-cü ildəki hadisədə bunun atası Vəli bizə gəlib dedi ki, oğlum bunun oğlunu döyüb. Fəxridən soruşdum, dedi Vüsal kafedə ağzına gələni danışıb, oğlum irad bildirəndə söyüş söyüb, sonra da Fəxrinin üstünə bıçaqla cumub. Fəxri bıçağı onun əlindən alıb bunu döymüşdü. Vəli yalvardı ki, polisə məlumat verməyək. Çünki oğlunun başqa bir bıçaqlanma işi var idi. Sonra da Fəxri onlara gedib Vəlidən təkrar üzr istədi.

Hadisə günü Fəxri toya getmişdi, qardaşım zəng edib dedi ki, Fəxrini bıçaqlayıblar. Xəstəxanaya qaçdım, mən çatanda oğlum ölmüşdü".

Hadisəni törədən V.Neymətovun atası Vəli Neymətov ifadə verərək oğlunun əməlinə görə vicdan əzabı çəkdiyini deyib:

"Fəxrinin atası hacı Kamal çox hörmətli şəxsdir. Kaş o gün mənim oğlum ölərdi, indi danışmağa üzüm yoxdu.

Məhkəmə prosesi iyulun 14-də davam etdiriləcək.

Xəbərlər     Baxılıb: 1914   Tarix: 08 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

toy makiyaji sekilleri qaşların formalari gozel gorunmek asan ariqlamagin yollari muslim somen beautiful sanamalar usaq otagi dizaynlari kosmetika vətən həsrəti novruz hakıştası ikizler vətən haqqında atalar sözləri ana haqqinda bayati