Aspirin indiki dövrdə çox risklidir - Professorun RƏYİ

Aspirin indiki dövrdə çox risklidir - Professorun RƏYİPandemiya dövründə çoxları virusdan, onun ağırlaşmalarından qorunmaq, qanda tromb yaranmasının qarşısını almaq, qanı durultmaq məqsədi ilə aspirin qəbul edir. Amma mütəxəssislər bunun bir çox risklərinin olacağına dair xəbərdarlıq edirlər.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Türkiyənin Hacettepe Universitetinin Uşaq infeksion xəstəlikləri kafedrasının rəhbəri, professor Mehmet Ceyhan koronavirus (Covid-19) diaqnozu qoyulmayan şəxslərin qan durulducu olaraq aspirin içməsinin ölümə səbəb olacağına dair xəbərdarlıq edib. Mehmet Ceyhan deyib ki, koronavirusla aspirin istifadəsi riski arasında bağlılıq olmasına dair konkret  dəlil olmasa belə, bu, fərqli bir haldır. Onun sözlərinə görə, uzum müddətli aspirin qəbul edən şəxslər qrip keçirdiyi halda Reye sindromu (Reyn sindromu) deyilən bir xəstəliyin riskinin artığı şoxdan məlumdur. Təəssüf ki, bu, müəyyən bir mərhələdən sonra yüz faiz ölümə səbəb olan, heç bir müalicəsi olmayan bir xəstəlikdir. Həkim qeyd edib ki, əvvəllər bu halın ancaq uşaqlarda olduğu güman edilirdi, amma son illərdə məlum oldu ki, yetkinlərdə də bu hallar olur: "Uzunmüddətli aspirin qəbul edən müəyyən xəstə qrupları var ki, onlara mütləq qrip peyvəndi etmələrini tövsiyə edirik".
Qrip əsnasında qəbul edilən aspirinin xəstəliyin riskini artırdığını bildirən həkim deyib ki, qrip geçirən biri aspirin qəbul edirsə bu xəstəliyin riski 35 dəfə artır, qaraciyər çatışmazlığı, beyində şişməyə səbəb olan çox ağır bir mənzərə ortaya çıxır.
Professor qeyd edib ki, Covid-19 diaqnozu qoyulubsa, həmin şəxsin aspirin qəbul etməsində çox da mühüm bir problem yoxdur. Amma virusdan qoruyucu olaraq insanlara aspirin vermək və ya temperatur olan kimi, test etdirmədən COVİD-ə yoluxub deyə aspirin qəbul etməsi düzgün deyil. Çünki hazırda qrip mövsümü başlayıb, belə şəxslər qrip də ola bilər deyə risklər yaranar. Onun sözlərinə görə, qoruyucu olaraq və ya hərarət olan kimi aspirin qəbul etmək qeyd olunan ağır xəstəliyin riskini artırır. Odur ki, test olunub, koronavirus diaqnozu qoyulmayan şəxslərin qan durulducu olaraq aspirin qəbul etməsi indiki dövrdə problemlidir.
Professor onu da deyib ki, koronavirus diaqnozu qoyulan uşaqlara qan durulducu olaraq aspirin yox, başqa dərmanlar təyin edirlər: "Mənim ətrafımda olanlar isə sanki koronavirusdan qoruyurmuş kimi aspirin qəbul edirlər. Bu, çox risklidir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1441   Tarix: 29 noyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

donlar 2026 toy gecesi kosmetoloq intim məktəb qadın xəyanət vətən haqqında atalar sözləri tərəvəzlər kosmetika hakista hakışta qu quşu novruza aid hakisda baldiza aid hakisda