Astroloji proqnoz - 08 sentyabr

Astroloji proqnoz - 08 sentyabrQoç - müzakirələr, sövdələşmə və anlaşmalar da pis nəticələr verməyəcək. Romantik görüş, hisslərin etirafı üçün əlverişli vaxtdır. Emosiyaların və yaşantılarınızla bağlı ciddi düşünə bilərsiniz. Maliyyə fonu yaxşıdır. Gəlir, görülən işə görə ödəniş istisna deyil. Alış-verişdə simiclik etməyin. Alacağınız əşyalar xeyirlidir.

Buğa - uğurlu, işlər üçün düşərli gündür. Sizi məcradan çıxara biləcək, pərişan edəcək hadisələr yoxdur. Planlara çox kiçik düzəlişlər tələb olunur. Narahat olmayın və yaranmış situasiyadan maksimal xeyir götürməyin yollarını düşünün. İşgüzar danışıqlar uğurlu olacaq.

Əkizlər - hadisələrin məcrası dəyişəcək, pozitiv təmayüllərin təsir gücü artacaq. Yaşamınızda nəyisə dəyişməyin vaxtı çatıb. Aktiv işə başlayın. Fantaziyalar və xülyalarınızla vidalaşın, real planlar qurun. Yaşam arealınızı qaydaya salın.

Xərçəng - günün emosinal fonu o qədər də uğurlu deyil və bu səbəbdən də ehtiyatlı olun. Sayıq, sərfat davranın, təmkinli və soyuqqanlı rəftar edin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə müəyyən sərinlik yarana bilər. Özünüzdən də narazısınız. Lakin elə hərəkət edin ki, münaqişə və ya anlaşılmazlıq üçün səbəb yaranmasın.

Şir - danışıqlar və sövdələşmələr, müzakirə və təhlillər uğurlu alınacaq. Yeni tanışlarda xoş təəssürat yaradırsınız. Maraqlı təkliflər alacaqsınız. Maliyyə situasiyası stabil deyil. Planlaşdırılmamış məsrəflər ola bilər. Məişət və ofis texnikasının nasazlığı, sıradan çıxması mümkündür.

Qız - işlə bağlı məsələlərin, o cümlədən çətin problemlərin həlli üçün uğurlu gündür. İşgüzar intuisiyanız çox kəsərli və iti olacaq. Dürüst qərarları tez qəbul edin. Bədxah və rəqiblərinizə məkrli planları həyata keçirməkdə "yardımçı" olmayın: sərvaxt davranın, sadəlövh addımlar atmayın.

Tərəzi - bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlardan birinin sizə təklif etdiyi yardımdan bəhrələnin. Maliyyə məsələlərində sayıq və dəqiq olun. Planlaşdırılmamış xərclər etməyin.

Əqrəb - qəfil hadisələr, gözlənilməz olaylara hazır olsanız, məhsuldar çalışa biləcəksiniz. Planlarınızı korrektə edin. Həmkarlar, rəhbərlik və tərəf-müqabillə münasibətlər yaxşılığa doğru dəyişir. Peşəkar mövqeləriniz daha da səbatlı olur. Uzunmüddətli müqavilələr imzalamaq, yeni sifariş götürmək və ya fərqli işə başlamaq olar.

Oxatan - zahiri görünüşünüzə xüsusi fikir verin. Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edin. Alış-verişdə bədxərclik etməyin, gərək olduğundan artıq pul xərcləməyin. Bu gün bir qədər qənaətli davranın.

Oğlaq - bütün işlər dərhal alınmasa da, geri çəkilməyin, ruhdan düşməyin. Bacarıqlarınızı nümayiş etdirin, qətiyyətli olun və belədə danışıqlarda uğur əldə edə bilərsiniz. Şəxsi məsələləri iş obyekti ilə qarışdırmayın.

Dolça - kiçik səhv edən iş yoldaşı və ya yaxınınıza hirslənməyin. Səbrli, soyuqqanlı olun. İstənilən iş bu gün ehtiyatlı və sərvaxt davranışı tələb edir.
Çalışdığınız texnikada nasazlıqlar yarana bilər. Maliyyə itkiləri riski var. Alış-veriş üçün əlverişli gün deyil.

Balıqlar - planlarda ciddi dəyişiklik etmək gərəkdir. Sinirlənməyin, qıcınqlanmayın. Zəruri işləri yerinə yetirin. Günün ikinci yarısına qədər işlərin böyük qisminin öhdəsindən gəlməyə çalışın.
Milli.Az

Maraqlı     Baxılıb: 3055   Tarix: 08 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

turlar.az

toy makiyaji sekilleri geymler 2026 toy makiyajlari psixoloq meslehetleri hüquqşünas kakoslu paxlava hazirlanmasi tük tökən kosmetika oğlaq burcler rus dilini öyrənək 2 ci dərs atalar sözü novruza aid