Astroloji proqnoz – 10 iyul

Astroloji proqnoz – 10 iyulQOÇ – Narahatçılığınızı artıran məsələləri yoluna qoymaq üçün danışıqlara başlamağınız vacibdir. Həftə ərzində gözlənilən uğurlar üçün bunun böyük səmərəsi ola bilər. Təzə xəbər də gözlənilir.

BUĞA – Bir qədər darıxdırıcı gündür. Amma bədbinləşib tək-tənha bir küncdə oturmaq da yaramaz. Heç olmasa, ulduzların "hə" dediyi maliyyə məsələləri ilə məşğul olun. İnsanlardan xoflanmayın.

ƏKİZLƏR – Bu gün rahat keçməsə belə, ciddi xoşagəlməzlik də olmayacaq. Nahardan sonra sizi sürprizlər gözləyir. Gələcək fəaliyyətiniz də məhz bundan asılı olacaq. Uzaq yola çıxmayın.

XƏRÇƏNG – Təkbaşına hansısa məsələyə müdaxilə etməyin. Əks təqdirdə nəzərdə tutduğunuz ideyaları reallaşdıra bilməyəcəksiniz. Tərəfdaşlarınızın sayını artırın ki, qalib olasınız.

ŞİR – Astroloji göstəricilər böyük işlər görəcəyinizi, ağıllı risklər edəcəyinizi bəyan edir. Hətta maddi durumunuz imkan versə, uzaq yola da çıxa bilərsiniz. Qidanıza fikir verin.

QIZ – Hər mənada uğurlu gün yaşayacaqsınız. Şəxsi işlərinizdə, eləcə də qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə olacaq. Şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür.

TƏRƏZİ – Daxilən sıxıntılı ərəfə yaşayacaqsınız. Düzdür, ovqatınızı korlayan nəsnələr olmayacaq, lakin səbəbsiz nigarançılıqdan da uzaqlaşa bilməyəcəksiniz. Bu gün varlana da bilərsiniz.

ƏQRƏB – İyulun bu isti günündə emosional çıxışlara ara verməli, yalnız konkret işlərlə məşğul olmalısınız. Günün ikinci yarısını dost-tanışla, doğmalarınızla gəzinti və əyləncəyə həsr edin.

OXATAN – Saat 14-ə qədər qeyri-ənənəvi işlərlə məşğul olmayın, xüsusən də nahar ərəfəsində. Sonrakı müddətdə isə işgüzar aktivliyinizi artırmalısınız. Bəxtinizdə pul da var.

OĞLAQ – Cərəyan edən hadisələr çıxardığınız qərarlardan asılı olacaq. Odur ki, əvvəl götür-qoy edin. Bu arada etibar etdiyiniz adamlardan kimsə sizə yalan sata bilər. Səfər də uğurludur.

SUTÖKƏN – Ciddi götür-qoy etməsəniz, həlledici məqamlarda yanıla bilərsiniz. Yersiz risklərə meylinizi azaldın. Sizə vəd verənləri mələk hesab etməyin. Sadəlövhlük insana zərər yetirir.

BALIQLAR – Daxili narahatçılığınız tədricən aradan qalxacaq. Sevdiyiniz adamlarla bir yerdə olmağınız nikbinliyinizi artıracaq. Bu arada kobud rəftardan və şit zarafatlardan uzaq durmalısınız.

Maraqlı     Baxılıb: 2335   Tarix: 10 iyul 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

turlar.az

kosmetik vasiteler makiyaj etmek qaydalari geyim dəbləri qadinin arxadan olmasi ana haqqinda atalar sozleri kişi psixologiyası saç həkimi kosmetika dovsan vetene aid bayati baliq burcu nagillar qiz adlari