Astroloji proqnoz - 16 noyabr

Astroloji proqnoz - 16 noyabrQoç - günün birinci yarısı həddən artıq diqqət və ehtiyat tələb edəcək. Bu dövrdə yaxşı olardı ki, ümumiyyətlə, heç nə etməyəsiniz, amma belə bir imkan çətin yarana. Ən azından, vacib qərarlar verməyə, bütün körpüləri yandırmağa tələsməyin. Həm fiziki, həm mənəvi gücünüzü qoruyub saxlayın.
Axşam daha xoş keçəcək. İstənilən faydalı fəaliyyət üçün münasib gündür. Yaradıcı potensialınız yüksəkdir, həm özünüzün, həm sizə yaxın olan insanların həyatını maraqlı etməyə çalışırsınız.

Buğa - mənfi tendensiyaların təsiri çox güclüdür. Bunlara müqavimət göstərmək çox çətindir. Bütün gün xoşagəlməz emosiyalara qapılır, nahaq yerə narahatlıq keçirir, depressiyanın dərin qatlarını öyrənirsiniz. Ətrafınızdakılar sizin kefinizi açmağa çalışsalar da, zəhmətləri əbəsdir.
Həyatınıza yeni nəsə qatmağa çalışmaqla əvvəllər çox dəyər verdiklərinizi dağıdırsınız. Bir çox Əqrəblər mövcüd əlaqələri qırmaq həvəsinə düşəcək və bu həvəslərini təcili olaraq yerinə yetirməyə çalışacaqlar. Axşam özünüzü tək-tənha hiss edəcəksiniz.

Əkizlər - asan və xoş ünsiyyətlər, görüşlər, işvə-naz və yüngül flirt günüdür. Vacib məsələlərin həllinə çalışmayın, onsuz da, onlara lazımi ciddiliklə yanaşa bilməyəcəksiniz. Gizli saxlamaq istədiyiniz bir məlumatın yayılması mümkündür: narahatlığınıza rəğmən, bunun sizə ziyanı dəyməyəcək.
Bu gün şayiələr çox olacaq, heç birinə inanmayın. Qadınlarla münasibətlərdə təmkinli və ehtiyatlı olun: onlar öz maraqları xatirinə sizdən istifadə etməyə çalışacaqlar.

Xərçəng - işgüzar və şəxsi sferalarda müəyyən problemlər yaranır. Ancaq siz onları görməməyi üstün tutursunuz. Bu günün bütün hadisələrində müsbət cəhət tapa bilirsiniz. Əla taktikadır: həyatsevərlik və nikbinliyinizlə insanları cəlb edirsiniz, onların sayəsində isə çox şeyə nail ola bilərsiniz.
Bu gün gördüyünüz bütün işlər sizə məmnunluq gətirir. Yaradıcılığa meyliniz artıb. Bəzi Xərçənglər əvvəllər bilmədikləri istedadlarını kəşf edəcəklər.

Şir - çətinliklərlə savaş üçün qollarınızı çirmələmisiniz, hərdənbir etdiyiniz həmlələr hətta düşmənlərinizi zəiflədir də. Asan uğura ümid etməyin. Bu gün sizi ağır, uzun, yorucu, diqqət və inad tələb edən işlər gözləyir.
Xarici dilləri öyrənməyə başlamaq olar, bu gün yeni söz və ifadələri yaxşı yadda saxlayırsınız. Daha yaxşı olar ki, əcnəbi tanışınızla birlikdə vaxt keçirəsiniz. İnternasional məhəbbətin yaranması mümkündür. Münasibətlərin davamı internasional nikah da ola bilər.

Qız - bu gün çox çətin olacaq, yalnız axşama doğru müsbət tendensiyalar özünü göstərəcək. Bir qırağa çəkilin, gizlənin və gözləyin - bu, xoşagəlməz situasiyalardan qurtulmağın yeganə yoludur. Rəhbərlikdən, nüfuzlu adamlardan, dövlət idarələrinin işçilərindən uzaq durun.
Güclü və müdrik bir insanın dəstəyini qazana bilərsiniz. Ancaq bu, o halda mümkündür ki, siz onun elə də xoşunuza gəlməyən məsləhətinə əməl etməyə özünüzdə güc tapasınız. Ailədəki fikir ayrılıqları sizi ciddi görünmür, amma onların kökü uzaq keçmişlə bağlıdır, düşünməyə dəyər.

Tərəzi - situasiya birmənalı deyil, hətta təzadlıdır. Siz vurnuxur, tarazlığı tuta bilmirsiniz. Sizə çoxlu yaxşı məsləhətlər verirlər, amma siz onları dinləmək niyyətində deyilsiniz. Tez-tez başqalarının işinə qarışır, sizə birbaşa aidiyyatı olmayan müzakirələrə qoşulursunuz.
Yaxınlarınızla nəzakətli davranmağa çalışın. Bu gün müəyyən situasiyalarda çox sərt iradlar bildirirsiniz. Qadınlarla ünsiyyət kefinizi açacaq, ancaq onlara tam etibar etməyin.

Əqrəb - çətin gün olsa da, bir yaxşı cəhəti var - nikbinliyinizi itirmirsiniz. Yaranan problemlərə konstruktiv yanaşmağa çalışırsınız. İşgüzar ünsiyyətlərdə təmkinli olmanız məsləhətdir. Heç bir halda şəxsi və işgüzar münasibətləri qarışdırmaq olmaz.
Bir çox Əqrəblər özlərini eqoistcəsinə aparır və yaxınlarını çox kədərləndirirlər. Xərclərdə sərhəd tanıyın, əntiq, zinət əşyaları və incəsənət əsərləri almaq məsləhət deyil. Pulu yalnız biznesinizin genişləndirilməsinə yatıra bilərsiniz.

Oxatan - mənfi tendensiyaların güclü təsirinə baxmayaraq, səhər çağı müəyyən nailiyyətlər əldə edə bilərsiniz. Enerjiniz və sağlam düşüncəniz bütün işlərdə köməkçinizdir. Bunların sayəsində çətinlikləri aşa, səhvlərdən qurtula bilərsiniz. Ən çətin anlarınızda dostlarınız köməyinizə gələcəklər.
Axşam isə bir qədər gərgin keçəcək. Mənəvi tarazlığınızı itirir, mənfi emosiyalarınızın təsiri altına düşürsünüz. Üstəlik, bu dövrdə sizi idarə etmək asanlaşır və çox güman ki, düşmənləriniz bundan istifadə etməyə çalışacaqlar.

Oğlaq - müsbət tendensiyaların təsiri çox güclüdür. Doğrudan da, möhtəşəm qələbələr qazana bilərsiniz. Hər şeyə vaxtınız çatır: həm işə, həm ictimai fəaliyyətə, həm istirahətə, həm yaxınlarınızla ünsiyyətə. Ziyafətə, yaxud mədəni tədbirə dəvət ala bilərsiniz. Maliyyə vəziyyətiniz yaxşıdır.
Qətiyyətli və məqsədyönlü, eyni zamanda inadcılsınız. Bəzən o qədər inad edirsiniz ki, yaxınlarınız sərbəst qərar vermək hüquqlarını müdafiə etməli olurlar.

Dolça - həm işgüzar, həm şəxsi münasibətlər baxımından əla gündür. O, həm vacib məsələlərin həlli, həm də gələcək planların müzakirəsi üçün münasibdir. İstənilən işə ciddi və əsaslı yanaşırsınız. Bu həm sizi, həm də ətrafınızdakıları izafi narahatlıqdan qoruyur.
Dostlarınızın əhatəsində gözəl vaxt keçirəcəksiniz. Ola bilsin ki, yeni tərəfdaş və həmfikir tapasınız. İdeyalarınızı müzakirəyə çıxarmaqdan, təşəbbüs göstərməkdən çəkinməyin. Ağıllı risk edə bilərsiniz. Səfərləriniz yaxşı keçəcək.

Balıqlar - gün sizə çox uğursuz görünür. Müsbət tendensiyalar arabir varlığını hiss etdirir, amma əhvalınızın düzəlməsi üçün bu kifayət etmir. Xüsusilə vacib görüşlərə gedənlər, seminar və konfranslar keçirən, kütlə qarşısında çıxış edənlər üçün çətin olacaq. Sadəcə, sənədlər, alətlər və yaxud maraqlı bir kitabla başbaşa qalan Balıqların vaxtı daha yaxşı keçəcək.
Yaxınlarınızla münasibətləriniz hamar, amma bir az soyuqdur, bu isə sizi narahat edir. İnsanlar haqda dayaz düşünür, etibara layiq olmayan adamlara sirlərinizi verirsiniz.

Maraqlı     Baxılıb: 2430   Tarix: 16 noyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

turlar.az

hamiləlik geyim və ayaqqabılar gözəllik məhsulları hind filmleri dəridə ləklər masaj edirem məlhəmlər kosmetika əqrəb novruz bayrami veten haqqinda bayatilar kondom nedir bayati