Astroloji proqnoz -19 iyul

Astroloji proqnoz -19 iyulQoç - yaxınlarınızla ünsiyyətdə çox diqqətli və ehtiyatlı olun. Ağzınızdan çıxan sözlərə nəzarət edin, sərt iradlardan çəkinin. Mübahisədən qaça bilərsiniz, amma çox zəhmət çəkməli olacaqsınız. Axşam güclü yorğunluq, boşluq hiss edə bilərsiniz. Yuxulamaqda da çətinliyiniz ola bilər.

Buğa - bu gün sadəcə olaraq, bəxtiniz gətirmir. İşdə və evdə ciddi fikir ayrılıqları yarana bilər. Siz isə ətrafınızdakıların sizdən gözlədikləri yumşaqlığı göstərmək niyyətində deyilsiniz. Başqalarının problemlərini həll etmək, sizin ucbatınızdan yaranmayan münaqişələri yoluna qoymaq da sizin öhdənizdədir.

Əkizlər - şəraiti yaxşılığa doğru dəyişməyə çalışdıqca daha çox çətinlik yaranır. Maliyyə itkiləri mümkündür, xərclərinizi azaldın. Pullarınıza, dəyərli əşyalara diqqət edin, nəyisə itirə bilərsiniz. Avtomobillə uzun səfərə çıxmaq məsləhət deyil.

Xərçəng - xeyli xırda problem yığılıb qalıb. Hər biri də diqqət tələb edir. Amma ən pisi bu deyil. İş burasındadır ki, siz bu gün həmişəkindən daha çox emosiyalara qapılırsınız. Hətta onlar sizə hakim kəsiləndə qarşısını almağa cəhd də etmirsiniz. Sağlam düşüncənin yeri görünür, necə deyərlər.

Şir - səhhətiniz pisləşə bilər, özünüzü gözləyin. Eksperimentlər üçün yaxşı gün deyil, orqanizminizi gücə salmayın. Profilaktiki sağlamlaşdırıcı tədbirlər isə səmərəli olar.

Qız - çox uğurlu gündür. Uzun müddət üzərində düşündüyünüz planları bu gün gerçəkləşdirə bilərsiniz. İşgüzar görüşlər əla keçir. Heç romantik görüşlər də onlardan geri qalmır.

Tərəzi - bu gün həyatınızı kökündən dəyişə bilərsiniz. Öz hisslərinizi çəkinmədən izhar edin, qarşı cinsin nümayəndələrilə ünsiyyətdə təşəbbüskar olun. Köçmək, tikintiyə başlamaq, yaxud ev təmir etmək də məsləhətlidir.

Əqrəb - ilk qələbələrinizi artıq günün birinci yarısı qazanacaqsınız. Əldə etdiyinizlə kifayətlənməyin. Siz düzgün istiqamət seçmisiniz, odur ki, şübhələri unudun, xırdalıqlara vaxt sərf etməyin. Zəhmətsevərlik, gördüyünüz işə maraq və intizam sizə rəqiblərinizi üstələmək üçün şərait yaradacaq.

Oxatan - karyera pillələri ilə qalxmaq şansınız da var. Şəxsi həyatınızda da hər şey əladır. Gözlənilməz etiraflar eşitmək, hətta nikah təklifi almağınız da mümkündür.

Oğlaq - uğurlu gündür. Emosional cəhətdən coşqulu, gümrahsınız, əhval-ruhiyyəniz əladır. Vacib görüşlər əla keçir. Rəhbərliklə karyerada irəliləməyinizi, maaşın artmasını müzakirə edə bilərsiniz. Yaxud da özünüzə daha yaxşı, daha gəlirli iş axtarın. Sizə həddən artıq maraqlı təkliflər gələcək.

Dolça - öz daxili məninizlə sülh bağlamısınız, ilk növbədə emosiyalarla deyil, sağlam düşüncə ilə hərəkət edir, bu səbəbdən də səhv buraxmırsınız. Yeni layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil, nəyi yaxşı bacarırsınızsa, onu da edin.

Balıqlar - bu günü çox sakit keçirəcəksiniz. Həm özünüz həyəcanlanmamağa çalışırsınız, həm də bunun üçün elə bir ciddi səbəb də olmayacaq. Səliqə, detallara güclü diqqət tələb edən analitik işlərlə məşğul ola bilərsiniz.

Milli.Az

Maraqlı     Baxılıb: 3079   Tarix: 19 iyul 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

turlar.az

kosmetika mehsullari hamilelikde qidalanma geyim dəbləri dondurma reseptləri azerbaycan haqqinda qadin dunyasi net zirinc faydalari kosmetika hakıştalar laylalar baliq baldiza aid hakisda bürcler