Astroloji proqnoz - 28 oktyabr

Astroloji proqnoz - 28 oktyabrQoç - Təbii zəka və anadangəlmə intellektual qabiliyyətlər bu gün işinizə yararlı olmayacaq. Rahatlıqla xatirələrə dala bilərsiniz. Maliyyə və işgüzar planlarınız barədə inandığınız, etibar etdiyiniz şəxslərdən savayı kimsəyə danışmayın. Gündəlik qayğılar və işlər öz məcrasında olacaq, sizə problemlər yaratmayacaq. Müəyyən adamların dəstəyi və ya rəğbəti sayəsində gərəkli əlaqələr yarada bilərsiniz. Gün ərzində emosiyalarınız xeyrinizə işləyəcək. Gərəkli adamlarla əlaqələri çox asanlıqla, onların sizdən nə istədiyini hissləriniz sayəsində anlayaraq quracaqsınız.

Buğa - Başqalarının problemlərinin həllinə bu gün xeyli vaxt sərf etməli olacaqsınız. Sizin üçün xüsusi əhəmiyyət kəsb etməyən məsələlər də səy və zəhmət istəyəcək.
Hər şeyə rəğmən, sakit olun, əsəbləşməyin. Problemləri tədricən çözməyə və həll etməyə çalışın.
Böyük ümid bəslədiyiniz layihəni reallaşdırmağa başlayın.

Əkizlər - Bacarıq və imkanlarınızdan artıq işə başlamaq istəsəniz, uğursuzluğa düçar olacaqsınız.
Ağır problem varsa, onu həll etmək üçün dostlar və yaxınlarınızın yardımlarına ehtiyac yarana bilər. Dostlar arasında sizə istənilən an yardım edə biləcək insan var.
Müqavilə və ya anlaşmanı imzalamazdan əvvəl sənədi diqqətlə oxuyun, mətnlə tanış olun və şərtləri təhlil edin. Həmin sahədə mütəxəssis olan insanın fikrini öyrənin.

Xərçəng - Yeniliklərə və dəyişikliklərə hazırsınızsa, gün sizin üçün uğurlu ola bilər. Uzaqdan yaxşı xəbərlər və ya təklif gələ bilər. İşdə əlavə tapşırıq istisna olunmur. Bu, sizin üçün sərfəli əlavə gəlir mənbəyi də ola bilər. Ətrafınızdakı insanlarla cüzi və ya kiçik məsələlərə görə münaqişə etməyin, çünki nəticələr çox pis ola bilər.
Emosiyalarınıza nəzarət edin.
İş yerini dəyişmək fikrinə düşə bilər, niyyətiniz barədə ailə üzvlərinizə açıqlama verə bilərsiniz.

Şir - Çalışmaq və fəaliyyət göstərmək üçün əla gündür. Gərgin durumlara rəğmən istənilən sahədə məhsuldar çalışaraq ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Münasibətlərinizdə emosional "partlayış"a və pafosa imkan verməyin.
Maliyyə məsələləri və maddi problemlərin həlli ilə ciddi məşğul olmaq istəyirsinizsə, kimsənin sizə mane olmasına şərait yaratmayın.
Eqoizm, təşəxxüs və özünütərifə aludə olmayın.

Qız - Mümkün olmayan heç bir iş və ya çatılması irreal hədəf yoxdur. İstədiyinizi əldə etmək üçün səylə çalışın. Ailə üzvləri və qohumlarla münasibətlərdə irəliləyiş, yaxşılığa doğru dəyişikliklər istisna deyil.
Ailədə çoxdan bəri qaysaqlanmaq bilməyən münaqişəni çözmək ehtimalı var. Lakin unutmayın ki, ailədə problemlərin həlli sizdən qurbanlar tələb edir. Təlaşa düşməyin, emosiyalara məğlub olmayın, lazım bildiyinizi edin.
Nüfuzlu insanlarla qeyri-rəsmi söhbət və ya görüş üçün əlverişli gündür.
İşgüzar məcrada başlayan tanışlıq sonradan romantik məcraya yönələ bilər.

Tərəzi - Günün ilk yarısı ən müxtəlif işlər üçün münasibdir. Bu zaman planlarınızı reallaşdırmaqla yanaşı, parlaq ideyanızı da həyata keçirə bilərsiniz.
Səhvlərə yol verməmək və yanlış addımlar atmamaqda sizə yardımçı ola biləcək mühüm informasiya olacaq.
Günün ikinci yarısı gərgindir. Ailə üzvləri və yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Özünüzü narahat, gərgin hiss edirsiniz.
Yaxın adamların və iş yoldaşlarının ünvanına sərt tənqidlərdən çəkinin.
Sərt və aqressiv, davakar olmayın.

Əqrəb - Bu gün yaxın ətrafınızın köməyindən faydalanmaq ehtyiacı yaransa belə, təkbaşına fəaliyyət göstərməyə çalışacaqsınız. Belə etməyin, səhv buraxmayın. Mənasız işlərə və məntiqsiz yönlərə izafi qüvvə sərf etməyin.
Bəzi məqsədlərə çatmaq üçün işlər və planlar təxirə düşə bilər.
Hüquqi məsələlərin həlli, sənədləşdirmənin qaydaya salınması üçün uğurlu gündür. Dövlət strukturlarına baş çəkməyiniz, məmurlarla danışıqlarınız istədiyiniz nəticəni verəcək.

Oxatan - Yeni tanışlıqlar, rəğbət bəslədiyiniz insanlarla ünsiyyət üçün əlverişli gündür. İlk dəfə gördüyünüz insanla asanlıqla dil tapacaqsınız.
Çətin problemləri və ilk baxışdan müşkül təsir bağışlayan məsələləri orijinal tərzdə həll etməyə çalışın. Bədxahlarınızı təəccübləndirin.
Qohumlara baş çəkmək, ailənin qayğılarını çözmək üçün yararlı gündür. Maliyyə və əmlak məsələlərini həll etmək olar.
Günün ikinci yarısında sərfəli anlaşma imzalamaq, yaxşı müqaviləyə nail olmaq mümkündür.
Nə zamansa həyatınızda mühüm rol oynamış insanla görüş istisna deyil.

Oğlaq - Gün ərzində təmkinli və səbrli davranmaq çətin olsa da, bunu edin. Yaxın ətrafınızdakı insanlara soyuqqanlı olduğunuzu nə qədər çox nümayiş etdirməyə çalışsanız, onlar sizi bir o qədər hirsləndirməyə, qıcıqlandırmağa səy edəcəklər.
Bütün bunlar bilərəkdən, qəsdən edilən təxribat olmaya da bilər. Mümkündür ki, yaxınlığınızdakı "enerji vampir"i sizin emosiyalarla qidalanmaq istəyir. Bu adamın kim olduğunu müəyyənləşdirin və onu özünüzdən mümkün qədər kənarlaşdırın.

Dolça - Başqalarının problemlərinə sakit və rəvan yanaşsanız, bu gün sakit keçəcək. Fəqət başqaları üçün uğur və rəvanlıq istəsəniz, sizi gərgin mübarizə və çətinliklər gözləyir. Tərəfdaşlar və yaxınlarınız sizi tək qoymayacaqlar.
Lakin az sonra anlayacaqsınız ki, heç də bütün dostlar, tanışlar mövqelərinizi bölüşmürlər. Bütün bunlar ciddi münaqişələrə səbəb olmasa da, əlaqələr sərinləyəcək, sizdə pərişanlıq və laqeydlik hissləri yaradacaq.

Balıqlar - Maddi problemlərin həlli ilə məşğul olmağa tənbəllik etməyin: ətrafdakı insanlarla münasibətiniz əhəmiyyətli dərəcədə belə davranışdan asılıdır. Maliyyə işlərini qaydaya salmaq üçün maksimum səy göstərin. Təhtəlşüuru, hissiyyatı da unutmayın. Ola bilər ki, gün gərgin keçsin. Dost və qohum yardımı göstərməyi yaddan çıxarmayın. Yardım və dəstək istəyi məlumat almaq ehtiyacından da vacib ola bilər.

Maraqlı     Baxılıb: 2140   Tarix: 28 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

turlar.az

hamiləlik geyim və ayaqqabılar gözəllik məhsulları hind filmleri dəridə ləklər masaj edirem məlhəmlər kosmetika əqrəb novruz bayrami veten haqqinda bayatilar kondom nedir bayati