Astronomiya tarixində İKİNCİ HADİSƏ: sürətli radioparıltı qeydə alınıb

Astronomiya tarixində İKİNCİ HADİSƏ: sürətli radioparıltı qeydə alınıbAstronomlar Kainatın ən sirli hadisələrindən birini başa düşməyə başlayıblar.
Milli.Az Trend-ə istinadən bildirir ki, kosmosun müşahidəsinin tarixində ikinci dəfədir ki, tədqiqatçılar sürətli radioparıltının - bir millisaniyə ərzində Günəşin 100 il müddətində ayırdığı qədər enerji şüalandıran ifratqısa partlayışın yerini təyin edə biliblər.
Daha əvvəl qeydə alınmış FRB 121102 adlandırılan radioparıltı təkrarlanan radioparıltıların nadir növünə aiddir. Yeni kəşf olunan radioparıltı isə aid olduğu sinifin böyük əksəriyyəti kimi təkdir.
Avstraliyada Elmi və Tətbiqi Araşdırmalar Milli Assosasiyasından yeni tədqiqatın əsas müəllifi olan Kit Bannister (Keith Bannister) "Bu sürətli radioparıltıların öyrənilməsində böyük addımdır" deyib.
Bannister və onun qrupu bu sürətli radioparıltını Qərbi Avstraliyanın "Merçison" rəsədxanasında yerləşən 36 radioantena şəbəkəsində, Australian Square Kilometre Array Pathfinder (ASKAP) radiorəsədxanasının köməyi ilə aşkarlayıblar. Bu parıltıya FRB 180924 adı verilib.
Komanda FRB 180924 radioparıltısını lokallaşdırmaq üçün ASKAP radioşəbəkəsində müxtəlif antenlərin qəbul etdiyi siqnalların qəbulu arasında olan çox kiçik zaman intervalını ölçə bilən metod tətbiq edib. Fərqi müqayisə etməklə səmada siqnal mənbəyini 0,00002 dərəcə dəqiqliklə lokallaşdırmaq mümkün olub.
Bu mənbə Yerdən 3.6 miliard işıq ili məsafəsində olan DES J214425.25-405400.81 adlı qalaktikanın periferiyasında yerləşir. Bu qalaktika, Yerdən 3 milliard işıq ili məsafəsində yerləşən FRB 12112 radioparıltısının qalaktikasından fərqli olaraq, 1000 dəfə massiv olmaqla müqayisədə ulduzların formalaşmasında az aktivdir.
FRB 121102 və FRB 180924 radioparıltılarının müqayisəsi birinci radioparıltının öz qalaktikasının mərkəzi qara dəliyinin ətrafında, ikincinin isə öz qalaktikasının mərkəzindən kənarda baş verdiyini göstərmişdir. Bu da onu göstərir ki, mərkəzi ifratkütləli qara dəlik FRB 180924 radioparıltısının mənbəyi ola bilməz - deyə tədqiqatçılar izah edir.
Müəlliflər bu tədqiqatla bağlı alınan məlumatların sürətli radiparıltıların təbiətini başa düşməyə imkan verəcəyini bildirirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1416   Tarix: 03 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

geyim necə seçməli toy makiyaji sekilleri hamilelikde qidalanma qadın kosmetika döş əmən kişilər xiyar tursusunun hazirlanmasi qaydasi diş ağrısı kosmetika novruza aid hakışda xanim az intim vicdan cinsi əlaqə