Atanın 15 yaşlı qızını öldürməsinin dəhşətli səbəbi- "ayıbdır" deyib həkimə aparmadılar...

Atanın 15 yaşlı qızını öldürməsinin dəhşətli səbəbi- "ayıbdır" deyib həkimə aparmadılar...Qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. 15 yaşlı qızını qısqanclıq zəminində öldürdüyü deyilən atanın 52 yaşı var. Bu gün baş tutan məhkəmə prosesində isə hadisənin ilginc təfərrüatları ortaya çıxıb. Ata qızını öldürdüyünü xatrılamadığını deyir.

Xanim.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, N.Cabbarov qızının əxlaqsızlıq etdiyini əsas gətirərək onu amansızlıqla qətlə yetirib.

Qızını yatarkən öldürüb

"N.Cabbarov bacısı Zəhra Əliyevanın evində olan qızlarının yanına gedib. Axşam qızlarının yatdığı otağa girərək qapını içəridən bağlayıb.
Əlində olan bıçaqla qızı Aygünə zərbə vurub. Yuxudan ayılan Aygün atasına yalvararaq müqavimət göstərib. Digər çarpayıda yatan Süra Cabbarova da bacısının səsinə oyanıb. Süra atasına yalvarıb ki, bacısını öldürməsin. Amma o buna məhəl qoymayaraq qızına daha bir neçə zərbə endirib"- deyə ittiham aktında yazılır.

Nəsib Cabbarov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirli bilinir.
Məhkəmədən söz istəyən Nəsib Cabbarov hadisəni necə törətdiyini bilmədiyini deyib. O, 2015-ci ilin aprel ayında cəbhə bölgəsində baş verən hadisələrində Ağdam istiqamətində gedən döyüşlərdə evlərinə və qonşuların həyətinə düşən mərmilərdən sonra xəsarət aldığını və sarsıntı keçirdiyini söyləyib.

Ata deyir ki, qızını öldürməsini xatırlamır

N.Cabbarov deyib: "2015-ci ildə evimizin yanına bomba düşdü. Qonşuların evi dağıldı, mən özümdə deyiləm. O vaxtdan özümü idarə edə bilmirəm, özümdə olmuram. Nə etdiyimi, nələr yaşadığımı anlamıram. Bakıya isə niyə gəldiyimi, necə gəldiyimi xatırlamıram".
Hakimlərin və prokurorun suallarını cavablandıran N.Cabbarov qızımı niyə öldürdüyünü izah edə bilməyib və əlavə edib ki, qızı heç vaxt əxlaqsız hərəkət etməyib: "Başım özümdə olmayıb. Qızımın heç bir pis hərəkəti olmayıb. Mən onu min əziyyətlə böyütmüşəm. Hadisənin necə olduğunu bilmirəm".

"Qızım əxlaqsızlıq etməyib"

Hakim Nəsib Cabbarova xatırladıb ki, o, istintaqa ifadəsində qızını namus üstündə öldürdüyünü deyib. Amma Cabbarov məhkəmədə qızının heç bir səhv hərəkətinin olmadığını, istintaqda nə dediyini, özünü idarə edə bilmədiyini söyləyib: "Qızım əxlaqsızlıq etməyib".
Məhkəmədə şahid qismində Rövşən adlı şəxs ifadə verib. Nəsib Cabbarov Rövşənin həyat yoldaşının dayısıdır.
Bu iş üzrə ittiham aktında yazılır ki, Nəsib Cabbarov qızının əxlaqsızlıq etməsi haqda söz-söhbəti Rövşəndən eşidib. Amma Rövşən məhkəmədə bu deyilənləri inkar edib və bildirib ki, Nəsib Cabbarov aprel döyüşləri zamanı xəsarət aldığı, psixoloji sarsıntı keçirdiyi üçün özündə olmayıb.

Nəsib Cabbarov da Rövşəndən qızı haqda nalayiq ifadələr eşitdiyini xatırlamadığını söyləyib: "Mənim övladlarım elə hərəkət etməz. Mən xatırlamıram ki, Rövşən mənə nə deyib".

Digər şahid Nəsib Cabbarovun bacısı Zəhra Əlyarov olub.

"Qardaşıma canım qurban"

O, deyib ki, qardaşı çox yaxşı adamdır, ailəsi də namuslu olub: "Qardaşıma canım qurban. Bizim başımız ucadır. Qardaşım 2015-ci ildə həyətlərinə mərmi düşəndə Ağdamda başından xəsarət aldı. Nə oldusa, bundan sonra oldu. Həmişə qorxurdu ki, qızlarına nəsə olar. Qızlarını Bakıya bizə göndərmişdi. Deyirdi ki, "mənə nəsə olsa, qızlarım sənə əmanətdir". Qardaşım özünü idarə edə bilmirdi. 2-3 dəfə ziyarətgaha apardıq ki, qorxusunu bəlkə götürdülər. Sonra da həkimə apardıq. Həkim dedi ki, beyni oynayıb".

Nəsib Cabbarovun bacısı qətlin baş vermə səbəbi haqda bunları deyib: "Qorxurdu ki, qızları kəndə qayıdar. Deyirdi ki, "maskalılar, ermənilər kənddə gələr. Qızları kəndə buraxma". Qızları isə deyirdi ki, "hamı kənddədir, biz də gedək". Amma qardaşım razı deyildi. Qızını öldürəndən 3 gün əvvəl də dərmanı qurtarmışdı. Dərmanlar ona təsir edirdi. Amma imkan olmadı ki, sonra dərmanları alaq.

Həmin gün səhər çörək yeyəndən sonra mən evdən çıxıb mağazaya gedirdim. Çölə çıxanda səs eşitdim qayıdanda gördüm ki, Aygün yerdə uzanıb, qardaşımın da əlində qanlı bıçaq. Qardaşımın qızları evdən çölə çıxmayıb, gül balalardılar. Heç bir namussuzluq ola bilməz".
Təqsirləndirilən şəxsin qardaşı oğlu Xalid Cabbarov da məhkəmədə şahid qismində dindirilib.

Digər şahidlər kimi eyni məzmunlu ifadə verən Xalid Cabbarovun dediklərindən ilginc təfərrüat ortaya çıxıb.
Məlum olub ki, Xalid Cabbarov və bibisi hadisədən 6 ay əvvəl Nəsib Cabbarovu özəl klinikalardan birinə müayinəyə aparıblar. Həkim Nəsib Cabbarovun psixoloji problemlərinin olduğunu və mütləq müalicə almasını məsləhət görüb.

Amma Xalid Cabbarov və qohumları "Ayıbdır. Deyəcəklər ki, iki uşaq atası dəli olub" düşünərək Nəsib Cabbarovun xəstəxanaya yerləşdirilməsinə razı olmayıblar.

Şahid Xalid Cabbarov məhkəmədə bunu etiraf edib və hərəkətlərindən peşman olduğunu söyləyib.

Növbəti məhkəmə prosesi aprelin 21-nə təyin edilib.

Qeyd edək ki, qətl ötən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən mərhumun atası Nəsib Cabbarov tutulub. Məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanı qısqanclıq zəminində gecə yatdığı yerdə bıçaqla qətlə yetirib.

mənbə: musavat.com

Xəbərlər     Baxılıb: 2964   Tarix: 15 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

.

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib. -a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasion

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Dünəndən qalan çayı içmək olar?

Çay dünyada ən çox istifadə olunan içkilərdən biridir. Bəzən dəmlənmiş çay süfrədə saatlarla qalır, hətta ertəsi gün yenidən içilir. Bunun sağlamlıq üçün nə dərəcədə təhlükəli olması ilə bağlı isə müxtəlif iddialar yayılır

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

sade makiyaj sekilleri geyim necə seçməli yay kolleksiyasi geyim və ayaqqabılar yemisan faydasi zaur gunay oxu zalı kosmetika veten nağıllar arıqla dovsan hakisdalar