Atasının adından utananlar, oğluna Cinayətkar, Cani adı qoyanlar...

Atasının adından utananlar, oğluna Cinayətkar, Cani adı qoyanlar...Azərbaycanda şəxs adlarının izahlı lüğətinin yeni nəşrinin hazırlanması üçün işlər aparılır.

Xanim.az trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, bu gün Azərbaycanda şəxs adlarının siyahısına yenidən baxılaraq təkmilləşdirilməsinə ehtiyac var.

S.Sadıqova əlavə edib ki, hələ 2014-cü ildə şəxs adlarının izahlı lüğətinin təkmilləşdirilmiş nəşri çap edilmişdi. Lüğətin həmin nəşrinə 7500-ə yaxın ad daxil edilmişdi. Kolxoz, Sovxoz, Ansambl, Cinayətkar, Cani, Raykom, Narkoz kimi 1700-ə yaxın şəxs adı isə siyahıdan çıxarılmışdı.

Artıq həmin adların qoyulmasına icazə verilmədiyini deyən S.Sadıqova hesab edir ki, Azərbaycan xalqı yarandığı dövrdən etibarən mövcud olan adlar sistemi qorunub saxlanılmalıdır:

"Adlar sistemi hər bir xalqın milli mentalitetini əks etdirir. Bizim əsas məqsədimiz o mentaliteti qoruyub saxlamaqdır. Ona görə də uşaqlara ad qoyularkən və ya dəyişdirilərkən xalqımız üçün yad olan, gülüş doğuran adlardan istifadə edilməməlidir".

O, şəxs adları ilə bağlı valideynlərin maarifləndirilməsini vacib hesab edir:

"Məsələn, bir gənc atasının adından utandığından onun dəyişdirilməsi üçün müraciət etmişdi. Atasının adı Saqqal idi. Başqa bir nəfər müraciət edib ki, uşağa Nailə Münəvvər adı qoyulsun və istəyir ki, hər iki ad ayrı-ayrılıqda yazılsın. Ancaq bizdə bu mümkün deyil. Buna görə də valideynlər hələ körpə ikən uşaqlarına elə adlar qoymalıdırlar ki, onlar böyüdükdən sonra adı dəyişdirməyə məcbur olmasınlar".

Müstəqillik illərində Azərbaycanda yeni adların yarandığını deyən S.Sadıqova siyahı ilə bağlı yeni nəşrin hazırlanması üçün işlərin aparıldığını, lüğətin ilkin variantına dilimizə təzə daxil olan 800-ə yaxın şəxs adının əlavə edildiyini də söyləyib.

Xəbərlər     Baxılıb: 1708   Tarix: 12 mart 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

turlar.az

hamilelikde qidalanma kosmetika mehsullari yay kolleksiyasi qadindunyasi.az qadınlarda erroziya qış geyimi qizi ehtiraslandiran sozler kosmetika klitor rəksanə faydalı maskalar bir arzum var veten haqqinda bayati