Atasının ölümündən sarsılan Damla: "Son nəfəsində mənə zəng edib"
Qəfildən atasını itirən Damlanın hələ də sarsıntı içində olduğu bildirilir.
Yenicag.az-a açıqlama verən Damlanın prodüseri Əfruzənin sözlərinə görə, atası son nəfəsində qızına zəng edib:
"Toydaydıq, qəfildən zəng etdilər ki, atasının vəziyyəti ağırdır, Damla tez özünü çatdırsın. Toyu yarımçıq qoyub evə qaçdı. Amma onu qorxutmamaq üçün həqiqəti deməyiblərmiş. Demə, atası artıq dünyadan köçübmüş. Damla son nəfəsində onun yanında ola bilmədi. Buna görə özünü çox günahkar hiss edir. Rəhmətə gedəndən sonra atasının telefonuna baxıb, görüb ki, son nəfəsində də ona zəng edib. Kişinin halı o qədər pis olub ki, bir sıfır əvəzinə, iki sıfır yığıb. Buna görə də qızı ilə əlaqə qura bilməyib. Damla deyir ki, bunu heç vaxt özümə bağışlamayacam. Deyir, ömrüm boyu məni yandıracaq ki, görəsən atam son nəfəsində mənə nə deyəcəkdi? Övlad üçün yaxşı ata itkisi çox ağırdır".
f Paylaş








Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Mehriban Xanlarova buna görə verilişlərə getmir
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı
Röya Ayxandan yeni ekran həyəcanı: "Baldır Yar
Azərbaycanlı şoumen aliment davasında qalib gəldi
Qəhvəni bu saatda için
Göz quruluğunun səbəbi bəlli oldu
Çağatay bu dəfə 'Eşref Tek'lə qayıdır?