ATV-nin əməkdaşları koronavirus testindən keçirilib
"Azad Azərbaycan" Televiziyasının əməkdaşları koronavirus testindən keçirilib.
Open.az xəbər verir ki, bu barədə kanaldan məlumat verilib.
Bildirilir ki, bütün testlərin nəticəsi neqativdir. Koronavirus aşkarlanmayan əməkdaşlar fəaliyyətlərinə əvvəlki rejimdə davam edirlər.
Qeyd edək ki, bir neçə gün əvvəl kanalın 4 əməkdaşının koronavirus testinin cavabı pozitiv olub, bu səbədən digər əməkdaşlar da ümumi testdən keçirilib.
Xatırladaq ki, "Azad Azərbaycan" televiziyasında pandemiya dövründə mütəmadi olaraq dezinfeksiya işləri aparılır, izolyasiya qaydalarına ciddi riayət olunur. Telekanala daxil olanların hərarəti xüsusi aparat vasitəsiylə yoxlanılır.
Daha sonra isə binanın girişində quraşdırılan xüsusi dezinfeskiya aparatından keçməklə içəri girişə icazə verilir. Bundan başqa binanın girişində və otaqlarda dezinfeksiya məhlulları qoyulub. ATV-də işçilər maskalardan və baxıllardan istifadə edir. Bundan başqa kanalın bütün otaqları hər gün dezinfeksiya olunur.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
Kərimin səhhətində problem yarandı