Avropa Komissiyası "Johnson & Johnson" peyvəndinin Aİ-də istifadəsinə icazə verib
Avropa Komissiyası koronavirusa qarşı ABŞ-ın "Johnson & Johnson" şirkətinin istehsal etdiyi peyvəndlərin Avropa İttifaqında istifadəsinə icazə verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə özünün "Twitter" səhifəsində Avropa İttifaqının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Komissarı Stella Kiriakidis yazıb.
S.Kiriakidis bildirib: "Avropa Komissiyası COVİD-19-a qarşı peyvənd bazarına çıxış üçün "Johnson & Johnson" şirkətinə icazə verib. Avropada və xaricdəki vətəndaşlar üçün artıq dörd peyvənd mövcuddur. Təchizatın mümkün qədər fasiləsiz olmasını təmin etmək üçün şirkətlə işimizi davam etdirəcəyik".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi