Avtobusda, maşında yol gedərkən ürəyi bulananlara - Həkim tövsiyəsi

Avtobusda, maşında yol gedərkən ürəyi bulananlara - Həkim tövsiyəsiBir çox insan nəqliyyat vasitələri ilə uzun yol gedərkən ürəkbulanma, başgicəllənmə ilə qarşılaşır. Mütəxəssislərin fikrincə, bu əlamətlərə əsasən azyaşlılarda rast gəlinir.
Mərkəzi Gömrük Hospitalının terapevti İsmayıl Əfəndiyev "ATV səhər" verilişində bu narahatlıqların qarşısını almaq yollarından danışıb.
Həkimin sözlərinə görə, insan orqanizmində vestibulyar aparatda xüsusi kristallar mövcuddur. Bəzən insan hərəkət edərkən gördüklərimiz və vestibulyar aparat tərəfindən beyinə ötürülən siqnallar arasında müəyyən uyğunsuzluq baş verir. Belə olan halda, orqanizm düzgün məlumat almadığına görə bu kimi əlamətlər özünü göstərir.
İ.Əfəndiyev qeyd edib ki, xəstəliyin tam müalicəsi olmasa da, əlamətlərini azaltmaq mümkündür:
"Əgər siz gəmi ilə hərəkət edirsinizsə, bu zaman gəminin orta hissəsində dayanmaq və hərəkət etməyən bir nöqtəyə, məsələn üfüqə baxmaq lazımdır. Qeyd olunanlara əməl etdikdən sonra əlamətlər keçməzsə, uzanıqlı vəziyyətdə gözləri yummaqla vestibulyar aparatı müəyyən qədər sakitləşdirmək mümkündür".
Həkim əlavə edib ki, bu problemlə qarşılaşan insanlar nəqliyyatda telefondan istifadə etməməli, kitab oxumamalıdır. Əks halda, bu, hərəkət xəstəliyi olan kinetozun əlamətlərini artıra bilər.
Qeyd olunub ki, yola çıxarkən dərman vasitələri və ya türkəçarə üsullardan istifadə olun bilər. Bu zaman limon, nanə və ya zəncəfil tamlı vasitələrdən istifadə effektivdir.
"Uzun yola qatar və ya təyyarə ilə çıxan kinetoza meyilli insanlara məsləhətim odur ki, yola çıxarkən heç bir qida qəbul etməsinlər və qazlı içkilərdən istifadə etməsinlər", - deyə qeyd edən İ.Əfəndiyev bu xəstəliyin bir çox hallarda irsi olaraq ötürüldüyünü bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1026   Tarix: 28 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

yay geyimləri 2026 toy gecesi gozel gorunmek interyer dizayni həsrət şəkilləri buga burcu ideal toy kosmetika pomidor rus dili 2ci ders hesaplama tapmacalar qu quşu