Axsaqlıq

Axsaqlıq• Ombanın anadangəlmə çıxığı
•  Poliomielit
• Septik artrit
• Omba oynağının vərəmi
Axsaqlıq həm cüzi (ayaqqabıda mıx), həm də çox ciddi səbəblərdən (məsələn  parez, yəni  əl-ayağın  qismən iflici)  baş verə bilər.
Valideynlər  mümkün  zədələnmə (yıxılma, zərbə  və s.), oynaqlarda ağrılar, bədənin hərarətinin artması kimi  hallara diqqət yetirməlidirlər. Zaman keçdikcə ağsaqlıq necə dəyişir: azalır, artır, dəyişirmi. Uşağın  ayağında olan ziyillər, qabarlar, sıyrıntı, pəncədə sürtünmələr, barmaqda dırnağın içəriyə böyüməsi, ayaqqabının  uşağa mane  olub-olmamasına  da fikir vermək lazımdır.
Ombanın anadangəlmə çıxığı:  0,2- 0,5% yenidoğulmuşlarda, xüsusən də  qızlarda oğlanlardan 5 - 6 dəfə çox rast gəlinir. Anadangəlmə omba çıxığı olan uşağı zahirən yoxladıqda ombaların asimetriyası, sağrılarda və dizlərdə büküşlər görünür. Uşaq  ombasını tam çəkə bilmir, xəstə nahiyədə isə ayaq qısa görünür, az hərəkətlidir. Bud sümüyünün başında şiş nəzərə çarpır. Uzanan vəziyətində isə onun xəstə ayağını götürüb kənara çəkəndə şıqqıltı eşidilir.
Yardım: əgər uşaqda anadangəlmə omba  çıxıgının əlamətləri varsa, cərrah-travmatoloqa mümkün qədər erkən müraciət etmək lazımdır. Çıxığı yerinə salmaq mümkün olduqda uşağa massaj  edilir, sarğı lövhəcikləri və ya yastıqlar vasitəsi ilə ombaların aralanması, müalıcəvı gimnastika aparılır. Daha ağır hallarda cərrahi əməliyyat göstərişdir. Valideynlər müalicənı nə qədər tez başlasalar, uşağın sağalmaya  şansı  daha çoxdur.
Poliomielit: bu, onurğa beyninin boz maddəsinin infeksion zədələnməsi, hərəkətlərin məhdudlaşması (keyimiş parezlərın inkişafı) və ifliclə (hərəkətlərin tam dayanması) xarakterizə olunan virus məşəli xəstəlikdir. İnfeksiyanın mənbəyi xəstə insandır. Poliomielit qrip xəstəliyində  olduğu kimi halsızlıqla başlayır. Sonra isə  qızdırma, zəiflik, iştahanın itməsi kimi əlamətlər də qoşulur. Təxminən xəstələrin yarısında zökəm və yuxarı tənəffüs yollarının iltihabı müşahidə edilir. 1-2 gündən  sonra, bəzən də erkən, əsəb sisteminin zəifləməsinin əlamətləri yaranır: baş ağrısı, qusma, əl-ayaqda və beldə ağrılar, ənsə əzələlərinin hərəkətsizliyi - əzələlərin hansı qrupun zədələnməsindən asılı olaraq,  uşaqda əyripəncəlik, ayağın deformasiyası, " laxlayan" diz oynağı (diz oynağında ayağın çox bükülməsi) və ya omba sümüyünün çıxığı müşahidə olunur.  Bütün bu hallarda uşaq axsamağa başlayır.
Yardım: uşaqda soyuqdəymə xəstəliyi fonunda sinir sisteminin zədələnməsi əlamətləri yarandıqda həkimi evə çağırmaq lazımdır. Poliomielitli xəstələrin müalicəsini stasionarda aparırlar. Xəstə uşağın olduğu otağın dezinfeksiya tədbirləri haqqında məlumat "Yoluxucu  xəstəliklər" bölməsində "Skarlatina" məqaləsində verilir. Poliomielitin profilaktikası üçün erkən yaşlarından başlayaraq uşaqlara peyvənd vurulur.  Uşaqlara peyvəndlərin vurulması ilə əlaqədar  sahə uşaq poliklinikasının həkim və tibb bacısı tərəfindən nəzarət edilir.
Septik artrit: axsaqlıq diz oynağının zədələnməsi  zamanı baş verir. Oynaq şişir, qızarır, isti, əl vuranda isə ağrılı olur.  Axsaqlıq qızdırma ilə müşayiət olunur.
Yardım: "Oynaqlarda ağrılar " bölməsində   "Oynaqların septik iltihabı " məqaləsinə bax.
Omba oynağının vərəmi: bu xəstəlik üçün yüngül, növbələnən axsaqlıqmxarakterikdir. Səhər çarpayıdan duranda və fiziki çalışmalardan sonra oynaqlarda ağrılar olur. Ağrılar dizə  və budun orta hissəsinə verir. Vaxtaşırı olan ağrılar və axsaqlıq bir neçə günə və ya hətta həftəyə yox olur. Oynağın proqressiv dağılması və bud sümüyünün baş və  boyun toxumalarının sorulması  ilə xəstə ayaq bir qədər bükülür, o biri ayağa yaxınlaşır və içəri çevrilir. Bu məsələyə  aid məlumatı əldə etmək üçün "Oynaqlarda ağrılar" bölməsinə bax.
Yardım: oynağın zədələnməsinə gətirib çıxaran əsas xəstəliyi olan vərəmi  müalicə etmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1356   Tarix: 02 yanvar 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

geyim dəbləri donlar 2026 gozel gorunmek cinsi mövzular hər gün bal ziyafət geyimləri 2026 toy gecəsi kosmetika bürcler penis vətən ariqlamaq meseller