Ayaq üstə yeyənlər,bunları bilirdiniz?
Müasir insanlar daim tələsir, gecikir və bu səbəbdən tez-tez ayaq üstə yeyirlər. Həkimlərin fikrinə görə bu çox ziyanlı vərdişdir və bu vərdiş gələcəkdə bir çox ciddi problemlərin inkişafına təkan verə bilər.
Araşdırmalar göstərib ki, ayaq üstə yeyən insanlar oturaq vəziyyətdə yeyən insanlarla müqayisədə daha gec doyur və nəticədə daha çox qida qəbul edirlər. Bu isə bədən çəkisinin artmasına və gələcəkdə piylənməyə səbəb ola bilər.
Ayaq üstə yeyən insan qidanı yaxşı çeynəmir, iri tikələr udur. Pis çeynənmiş qida mədəya düşdükdə mədə artıq yüklənir və bu da daim baş verdikdə müxtəlif mədə xəstəliklərinə səbəb ola bilər.
Qidanın pis çeynənməsi orqanizmdə metabolik prosesləri ləngidir. Bu isə artıq kiloların yığılması üçün çox yaxşı şərait yaradır.
Beləliklə, həkimlər ayaq üstə, tələsərək yemək yeməyi tövsiyə etmir. Qidanı sakit şəraitdə, tələsməyərək qəbul etmək, bunu mümkün qədər eyni vaxtlarda etmək lazımdır. Qida tək fizioloji tələbat deyil. Düzgün və sağlam qida vərdişləri insanın sağlamlığının qorunmasında çox böyük rol oynayır.
Saglamolun.Az
f Paylaş








Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi