Ayaqları nazikləşdirən maska resepti
Ayaqlarından narazı olan xanımlar çoxdur. Publika.az həmin xanımlar üçün ayaqları arıqladan maska reseptini təqdim edir. Bu resept ayaqları nazikləşdirəcək və xanımlara özünə əminlik bəxş edəcək. Ərzaqlar: - Təbii dəniz duzu - Aspirin - Türk qəhvəsi - Zeytun yağı - Portağal yağı - Su - Streç Hazırlanması: Dərin qabın içərisinə türk qəhvəsi, aspirin, təbii dəniz duzu və kifayət qədər su əlavə edib qarışdırın. Hazırladığınız bu qarışığı 15-20 dəqiqə saxlayın. Sonra içinə portağal və zeytun yağı əlavə edib yenidən qarışdırın. 30 dəqiqə gözləyin və maskanız istifadəyə hazırdır. Necə istifadə etməli? Hazırladığınız maskanı arıqlatmaq istədiyiniz bölgəyə masaj etməklə sürtün. Daha sonra ayaqları streçlə bağlayın. 45 dəqiqəyə qədər hərəkət etmədən gözləyin. Sonra maskanı yuyun. Unutmayın, yalnız istifadə edəcəyiniz qədər hazırlayın. Bir neçə gün əvvəlcədən hazırlanmış maskanın təsiri olmayacaq. Maskanı həftədə iki dəfə, ən çox dörd dəfə etsəniz, 1 ay ərzində nəzərə çarpacaq dərəcədə arıqladığınızı hiss edəcəksiniz. Burada istifadə olunan yağlar isə ayaq dərisinə inanılmaz parıltı və hamarlıq bəxş edəcək.
publika.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?