Ayaqların altında yanma hissi - Səbəbləri araşdıraq

Ayaqların altında yanma hissi - Səbəbləri araşdıraqDabanda ağrı, uyuşma, yanma, batma hissiyyatı çox zaman xəstələrin şikayətidir. İnsanlar hansı həkimə üz tutacaqlarını bilmir.
Milli.Az bu simptomun əsas səbəblərini araşdırıb.
Ümumiyyətlə, hər hansı nahiyədə yanma hissli ağrı neyropatik hesab edilir.
Neyropatik ağrı həmin toxuma ətrafında sinir və neyronların qıcıqlanması və bu hissi beyinə ötürməsi deməkdir.
Bu ağrı ağrıkəsicilərlə kəsilmir.
Uzunmüddətli, qısa, xroniki ola bilər.
Əgər hər iki ayağın altında yanma sensor polineyropatiya zamanı olur.
Polineyropatiya - kiçik sinir uclarının zədələnməsidir.
- Bu sinirlər hərəkət siniri, hissiyat siniri, daxili orqanlara bağlı vegetativ ola bilər.
Hansı xəstəliklərdə yanma hissi olur:
- Müxtəlif virus və infeksion xəstəliklərdən sonra
- Şəkərli diabet xəstələrində
- İçkidən, siqaretdən
- Böyrək, qaraciyər çatışmazlığı
- Müxtəlif cinsi infeksiyalar
- Revmatoid artrit, sklerodermiya, artroz
- Onkoloji xəstəliklər
- Qanda D, kalsium, B qrup vitaminlərinin çatışmaması
- Genetik, irsi neyropatiya, uşaqlıqdan başlaya bilər
Göründüyü kimi, bu ayrıca bir proses olmur. Ona görə mütləq kompleks müayinələr olunmalıdır
- Qanın ümumi və sidiyin analizi
- Biokimyəvi, qaraciyər analizləri
- Hormonal balans
- C reaktiv zülal, revmatoloji analizlər
- QİÇS, hepatit, sifilir analizləri
Nəticələrdən sonra problemin harda olduğu qismən aydın olur və o istiqamətdə müalicə gedir.
Bu problemin müayinəsi nə qədər tez başlansa bir o qədər yaxşıdır.
Açıq-aşkar yalnız bir ayaqda yanma hissi onurğa beyni və fəqərələrdən və ordakı iri sinirlərdən qaynaqlanır. Bunun üçün nevroloq ayaqların EMQ-sini aparmalıdır.
Eləcə də bel nahiyənin MRT, çanaq və ayaqların rentgeni tələb oluna bilər.
Ağrını ağrıkəsicilər kəsmədiyi üçün nevroloq digər uyğun dərmanlar, əsas da antidepressantlar təyin edir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1589   Tarix: 15 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dənizlərin altında gənclik iksiri: İnsan ömrü 200 ilə qədər uzana bilər

Rochester Universitetinin alimləri Qrenlandiya balinalarının 200 ili aşan ömürlərinin genetik səbəblərini kəşf ediblər. Bu nəhəng məməlilərdəki xüsusi bir zülalın (protein) DNA bərpasını sürətləndirdiyi və beləliklə, insanlard

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

Bu balıq sinir sistemini gücləndirir

Mintay balığı stresslə mübarizədə faydalıdır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, mintay balığı yüksək səviyyədə selenium tərkibi sayəsində sinir sisteminin dəstəklənməsində mühüm rol oynayır. Bu mikroelemen

.

Səhər və axşam fərq etmədən zəhər istehlak edirik

Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub

.

Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?

"Diş əti qanaması əksər hallarda diqqətdən kənarda qalsa da, bu hal ciddi sistem xəstəliklərinin erkən əlaməti ola bilər". xəbər verir ki, bunu türkiyəli ağız, diş və çənə cərrahı Ümit Selçuk deyib. Onun sözlərin

.

Bu şəxslər bayram şirniyyatlarından uzaq durmalıdır - Həkimdən XƏBƏRDARLIQ

Bayram süfrələrinin bəzəyi olan şəkərbura və paxlava hər kəs üçün eyni dərəcədə faydalı deyil. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi insanlar bu şirniyyatları ehtiyatla, hətta bəzən ümumiyyətlə istifadə etməməlidir. Bə

.

Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş

Mətbəxdə geniş istifadə olunan günəbaxan, qarğıdalı və soya yağlarının tərkibindəki linoleik turşunun, müəyyən şərtlər daxilində xərçəng hüceyrələrinin böyüməsini stimullaşdıra bildiyi yeni laboratoriya araşdırmaları il

.

İngiltərədə Menengit B epidemiyası: Bilməli olduğunuz məqamlar

Böyük Britaniya sağlamlıq rəsmiləri Kenterberidə artıq iki gəncin ölümünə səbəb olan bakterial Menengit B epidemiyasını araşdırır. Hazırda təsdiqlənmiş və şübhəli halların sayı 20-yə çatıb.  xəbər verir ki, menengit beyi

.

Torpaq yemək istəyi nəyin gizli əlamətidir?

Zəiflik, yorğunluq, saç tökülməsi, kövrək dırnaqlar və udma çətinliyi dəmir çatışmazlığının əsas əlamətləri ola bilər. xəbər verir ki, onun sözlərinə görə, bəzən dəmir çatışmazlığı daha fərqli simptomlarla da özünü göstər

turlar.az

hamiləlik kosmetoloq toy gecesi pul kisəsi şirniyyat reseptləri naina ibrahimova yemək resepti kosmetika novruz bayrami narin faydasi hakiwda turpun nağlı qadin saglamlig