Ayda bir dəfə süd vəzilərinizi belə müalicə edin

Ayda bir dəfə süd vəzilərinizi belə müalicə edinQadının mütəmadi olaraq özünün süd vəzilərini müayinə etməsi həkim-ginekoloq tərəfindən aparılan profilaktik müayinələrə əlavə edilən vacib tədbirdir!

Süd vəzilərini, ayda bir dəfədən az olmamaqla, mütəmadi olaraq müayinə etmək lazımdır. Normal aybaşı dövrü (tsikli) olan qadınlarda bu müayinə aybaşı başladıqdan 7-10 gün sonra aparılmalıdır.

Aybaşılar qeyri-mütəmadi olduqda və ya tamamilə kəsilmiş olduqda, süd vəzilərinin profilaktik müayinəsi, ayda bir dəfə eyni tarixdə olmaqla, (məsələn, hər ayın 1-də) qadının özü tərəfindən aparılır.

Süd vəzilərinin müayinəsinin aparılma sxemi şəkillərdə qeyd edilir:

Güzgü qarşısında elə dayanın ki, bədənin yuxarı hissəsi asanlıqla tam şəkildə görünsün.

Əvvəlcə süd vəzilərinizi qollarınız aşağı olmaqla nəzərdən keçirin. Sonra əllərinizi belinizə qoyun (şəkil 1), daha sonra əllərinizi başınızın arxasına qoyun (şəkil 2).

Sonra ayaq üstə və ya oturmuş vəziyyətdə olmaqla sol əl ilə sağ süd vəzisinin hər bir sahəsini, kənardan vəzi giləsinə tərəf olmaqla, əlləyin (şəkil 3 və 4).

Süd vəzisi toxumasına əlinizlə təzyiq etdikdə sizdə heç bir ağrı olmamalıdır.

Daha sonra eyni qayda ilə sağ əllə sol süd vəzisini əlləyin. Bundan başqa, qoltuqaltı sahələri də əlləyin (şəkil 5).

Sonra baş barmaqla şəhadət barmağı arasında hər iki süd vəzi gilələrini sıxın (şəkil 6). Bu halda ondan maye ifraz olunarsa, onun rənginə fikir vermək və həkim-ginekoloqa müraciət etmək lazımdır.

Süd vəziləri və qoltuqaltı nahiyələrin müayinəsini eyni ardıcıllıqla uzanmış (şəkil 7) vəziyyətdə, əvvəlcə müayinə olunan tərəfdə qolu yana salmaqla, daha sonra isə başın arxasına qoymaqla təkrar edin.

Süd vəzilərinə baxış keçirərkən və onları əlləyərkən aşağıdakı dəyişikliklərə fikir vermək lazımdır:

- heç bir ağrı verməsələr də, vəzilərdə düyünlərin və ya bərkimə sahələrinin əmələ gəlməsi;

- vəzi gilələrindən mayenin ifraz olunması;

- süd vəzilərinin forma və ölçülərində olan dəyişikliklər;

- vəzi üzərindəki dərinin və vəzi giləsinin içəriyə doğru dartılması;

- vəzi sahəsində dərinin və vəzi giləsinin kobudlaşması;

- süd vəziləri nahiyəsində və qoltuqaltı sahələrdə limfatik düyünlərin əllənməsi;

- vəzi nahiyəsində dəridə olan iltihabi dəyişikliklər.

Müayinə apararkən sadalanan dəyişikliklərin hər hansı birinə şübhə yarandığı halda tez bir zamanda həkim-mammoloqa (süd vəziləri üzrə ixtisaslaşmış həkim) müraciət etmək məsləhət görülür. Süd vəzisində hər hansı bir bərkimə sahəsi olduğu halda xəstənin yaşından asılı olaraq süd vəzilərinin USM və ya mammoqrafiya (vəzilərin rentgen şəklinin çəkilməsi) üsulu ilə müayinəsi təyin edilir./sağlamolun.az/

Ayda bir dəfə süd vəzilərinizi belə müalicə edin

Sağlamlıq     Baxılıb: 5912   Tarix: 18 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

turlar.az

aksessuarlar qaşların formalari geyim seçimi 1 hefteye 5 kq ariqlamaq cins 2026 daban agrilari ulduzların gözəllik sirləri kosmetika dolça laylalar aybawi zehmet ve zinet qızlıq pərdəsi