"Aygünlə intim münasibətdə olmamışam, amma iki uşağının atasıyam..." - AMAY Abdulladan şok ifadə

"Aygünlə intim münasibətdə olmamışam, amma iki uşağının atasıyam..." - AMAY Abdulladan şok ifadəÖzünü "MTN ən gənc qadın polkovniki" kimi təqdim edərək 1 milyona yaxın dələduzluq etməkdə təqsirləndirilən Aygün Akimovanın cinayət işi üzrə məhkəmə davam etməkdədir.

Məhz iş üzrə zərərçəkənlərin məhkəmədə səsləndirdikləri fikirlərində Səbinə Akimovanın tanınmış iş adamı Abdulla Abdullayevin qeyri-rəsmi həyat yoldaşını olduğunu iddia edib. Hətta Abdulla Abdullayevin Aygün Akimovadan 2 uşağı olmasını da bildirirlər.

Aygün Akimova isə məhkəmədə buna etiraz edib və ərinin kim olmasının onlara heç bir dəxli olmadığını deyib.

Lent.az-ın əldə etdiyi məlumata əsasən, həmin cinayət işi üzrə adı çəkilən iş adamı Abdulla Abdullayev istintaq dövründə dindirilib. Və bu məlumatlar barəsində maraqlı faktlar səsləndirib.

İttiham aktına əsasən şahid qismində dindirilən Abdulla Abdullayev bildirib ki, AMAY şirkətinin rəhbəri olduğu vaxt təxminən 2004-cü ildə əvvəllər tanımadığı Dilarə adlı qadın onun iş yerinə gəlib: "Seyid nəslindən olduğunu, işçim Dünyaxanım Əliyevaya borcu olduğunu dedi. Məndən pul istədi, köməklik elədim. Sayını xatırlamıram, amma Dünyaxanıma bir neçə dəfə pul vermişəm".

Abdulla Abdullayev bildirib ki, həmin Dilarə adlı qadın növbəti dəfə onun yanına gələrək Aygün adlı qızının kiminsə tərəfindən aldadıldığını və cinsi istismar olduğunu deyib: "Dilarə xahiş elədi ki, həmin şəxsə təzyiq edim ki, onun qızı ilə evlənsin. Razılaşmadım. Daha sonra Dilarə məndən xahiş etdi ki, qızı Aygünü xaricdə olan zavodlarımdan birində işləməsinə kömək edim. Və bu işin üstü açılmasın. Mən isə xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığını dedim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və işə götürməyimi xahiş etdi. Bundan sonra Aygünü xadiməçi olaraq işə götürdüm. Aygünə 300 manat maaş verirdim".

İş adamının istintaqa dediyinə görə, bir müddət sonra işçilərindən Aygünün hamilə olduğunu eşidib: "Aygün oğlan uşağı doğmuşdu. Əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində ata kimi mənim adımı yazdırmaq istədiyini dedi. Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Aygünün uşağının atası isə başqası olub. Mən heç vaxt Aygünlə intim əlaqədə olmamışam. Aygünün daha sonra bir qız uşağı da olub. Onun da doğum şəhadətnaməsinə ata kimi adımın yazılmasına etiraz etmədim"

A.Abdullayev daha sonra Aygünün əxlaqsız hərəkətlər etməsindən xəbər tutduğunu deyib: "İşçilərdən biri Aygünün əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntüləri mənə göstərdi. Həmin görüntüləri Aygünün anasına və qardaşına göndərdim. Həmçinin həmin diskin bir nüsxəsini də Aygünün özünə verdim və daha sonra onu işdən çıxardım. Bundan sonra, Aygünü görməmişəm və telefonla da danışmamışam. Hətta 2012-ci ildə məhkəməyə müraciət etdim ki, Aygün Akimovanın övladlarının atası kimi doğum haqqındakı şəhadətnamələrdə adım çıxarılsın. Lakin həmin vaxt xaricə getdim, daha sonra həbsə düşdüm"

Abdulla Abdullayev Aygün Akimovanın törətdiyi cinayət əməllərindən xəbərsiz olduğunu deyib həmçinin bildirib ki, şirkətinə Aygünün nəzarət etməsi, ona maşın, ev alması haqda deyilənlər yalandır: "Rəhbərlik etdiyim şirkətin İdarə Heyəti olub və bütün vəzifəli şəxslər öz işlərini görüblər. Aygün də bir müddət xadimə olaraq işləyib. Aygünə heç vaxt Cadiillas Escalades markalı maşın almamışam. Aygünə sadəcə şirkətdə işlədiyi vaxt 300 manat maaş vermişəm, atası və anasının müalicəsi üçün çox az məbləğdə pul vermişəm. Aygünə mənzil almağım haqda deyilənlər də yalandır'.

Qeyd edək ki, Aygün Akimovanın işi hazırda Bakı Ağır Cinayətlər hakim Əlövsət Abbasovun sədrliyi ilə Məhkəməsində baxılır.

A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.

Onlara Cinayət Məcəlləsinim 178.3.2(külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Xəbərlər     Baxılıb: 4499   Tarix: 20 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

İsti havalarda nə yeməli, nə içməli?

Yüksək temperatur və rütubət orqanizmdə maye və mineral itkisini artırır. xəbər verir ki, güclü tərləmə nəticəsində yaranan su və mineral çatışmazlığı huşun itirilməsinə, başgicəllənmə və ürəkbulanma kimi hallara səbəb ol

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

.

100 yaşa qədər yaşamaq istəyənlər qəhvəni nə vaxt içməlidir? – Mütəxəssisdən tövsiyə

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner qəhvə istehlakı ilə bağlı maraqlı məsləhətlər verib. xəbər verir ki, onun sözlərinə görə, qəhvədən maksimum fayda əldə etmək istəyənlər bu içkini günün ilk yarısında qəbul etməlidirlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət

Yuxu problemləri insult riskini 16% artırır. xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. İnsult ciddi və həyat

.

Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?

Ağciyərlərin bərpa müddəti siqaretdən istifadə illərindən və insanın ümumi sağlamlığından asılıdır. Bu proses bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. xəbər verir ki, siqareti dayandırdıqdan bir neçə saat sonr

.

Bu qidalar prostat xərçəngi riskini artırır

Yeni araşdırma ultra-emal olunmuş qidaların yüksək miqdarda istehlakı ilə prostat xərçəngi riski arasında əlaqə olduğunu göstərib. -a istinadən bildirir ki, tədqiqata əsasən, bu cür qidaları daha çox qəbul edən kişilərd

.

Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər. xəbə

turlar.az

geyim dəbləri kosmetik vasiteler donlar 2026 sanamalar islamda qadinlar hicab 2026 diş ağrısı kosmetika sekis atalar sözü qadin.az oğlaq xeyanet