Azərbaycan alimləri koronavirusla bağlı yeni sistem hazırlayıb

Azərbaycan alimləri koronavirusla bağlı yeni sistem hazırlayıbAzərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun alimləri Türkiyənin Samsun Universiteti ilə birlikdə "Covid-19 Azərbaycan Real Zamanlı Monitorinq Sistemi" (https://caspisnet.maps.arcgis.com/apps/dashboards/0f59111ebed64bbcb282bdd03a2e3a8f) tətbiqi hazırlayıb.
İnstitutdan Trend-ə verilən məlumata görə, Quintessence C&S şirkətinin texniki dəstəyini alan layihənin əsas məqsədi ölkəmizdə və dünyada geniş vüsət alan koronovirus pandemiyasının real zamanda monitorinqinin aparılmasıdır. Tətbiqdə dünya ölkələri və ayrıca olaraq, Azərbaycan üzrə pandemiya haqqında məlumatlar əks olunur və bu rəqəmlər sutka ərzində azı bir dəfə təzələnir.
Layihədə ESRI şirkətinin Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyasından istifadə edilib. Azərbaycan üzrə pandemiya haqqında rəqəmlər Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına, həmçinin https://koronavirusinfo.az saytına istinad edilməklə verilir.
Şəhər və rayonlar üzrə əhali, xəstəxana, çarpayı sayı və hər 10.000 nəfərə düşən çarpayı sayı, yaşı 65-dən yuxarı olan insanların sayı və s. kimi məlumatlar Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edilir. Azərbaycan üzrə vektor məlumatlarının müəlliflik hüquqları isə Coğrafiya İnstitutuna mənsubdur.
Bu tətbiq cəmiyyətin maarifləndirilməsi işlərində, təhsil və elmi araşdırmalarda istifadə edilə bilər. Sosial bir layihə olduğundan ticarət məqsədi ilə istifadəsi qəti qadağandır. Tətbiqdən yararlanan hər bir kəs sutka ərzində dünyada və ölkəmizdə virusa yoluxanların, yeni yoluxanların, sağalanların, vəfat edənlərin, aktiv Covid-19 xəstələrinin və aparılan testlərin sayı haqqında məlumat əldə edə biləcəkdir. Bundan başqa, virusla mübarizə aparan ölkələrin sayını da buradan öyrənmək olar. Tətbiqdən istifadə etməklə məkan analizlərinin təhlilinin aparılması, şəhər və rayonlar üzrə surətli axtarış verilməsi və digər funksiyaların da yerinə yetirilməsi mümkündür.
Rəsmi qurumlar tərəfindən ölkə üzrə yalnız ümumi məlumatlar paylaşıldığından pandemiyanın şəhər və rayonlar üzrə yayılması haqqında sutkalıq məlumatları (01.04.2020-ci il tarixi istisna olmaqla) tətbiqə daxil etmək mümkün olmayıb. Rəqəmlər əldə edilərsə, şəhər və rayonlar üzrə sutka ərzində pandemiyanın yayılma arealını da göstərmək olar.
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 3790   Tarix: 18 aprel 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

turlar.az

qadin sayti maskalar gelinlikler immun sistemi veten haqqinda atalar sözləri sərxan kərəmoğlu arıqlama sirləri kosmetika nağıllar burclər bayatı intim yutube