Azərbaycan alimləri neft-qaz sənayesində xərcləri azaldan model təklif ediblər

Azərbaycan alimləri neft-qaz sənayesində xərcləri azaldan model təklif ediblərAMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın həmmüəllifi olduqları "Dərin hibrid modeldən istifadə etməklə neft avadanlıqlarında nasazlıqların intellektual diaqnostikası" (DOI: 10.1007/s42452-020-2741-0) adlı məqalə dünyanın məşhur "Springer" nəşriyyatında dərc olunan nüfuzlu "SN Applied Sciences" jurnalında çap olunmuşdur.
Məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi "NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi" qrant layihəsi çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanmışdır.
Tədqiqatda neft avadanlığında nasazlıqların diaqnostikası üçün dərin hibrid model təklif edilmişdir. Elektrik sualtı nasosun işinin monitorinqi və nasazlıqların vaxtında aşkarlanıb aradan qaldırılması neft-qaz sənayesində istismar və texniki xidmət xərclərini azalda bilər. Vibrasiyanın akselerometr sensorları əsasında qiymətləndirilməsi sistemdəki nasazlıqları aşkarlamağa imkan verir. Vibrasiya siqnalının tezliyi, zamanı və spektral məlumatları dərin hibrid modelin giriş verilənləri hesab olunur. Spektral məlumatlara qısamüddətli Furye çevrilməsindən alınmış spektroqram və kəsilməz veyvlet çevrilməsindən alınmış skaloqram daxildir və vibrasiya siqnalının ətraflı analizini təmin edir.
Eksperimental qiymətləndirmə göstərir ki, təklif olunan dərin hibrid model digər müvafiq alqoritmlərindən üstündür və sistemin işi zamanı yaranan vibrasiya siqnalına əsasən elektrik sualtı nasosun imtinalarını avtomatik aşkar edə bilər. Təklif edilən yanaşma avadanlığın və mürəkkəb texniki sistemlərin vəziyyətinin avtomatik diaqnostikası zamanı mütəxəssislərin işini asanlaşdıra bilər.
"SN Applied Sciences" jurnalı "Web of Science", "INSPEC", "Google Scholar", "CNKI", "EBSCO Discovery Service" və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 3173   Tarix: 07 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

turlar.az

qadin sayti maskalar gelinlikler immun sistemi veten haqqinda atalar sözləri sərxan kərəmoğlu arıqlama sirləri kosmetika nağıllar burclər bayatı intim yutube