Azərbaycan həbsxanalarında transseksuallar: "Maviləri ayaqyoluna yaxın koloniyada..."

Azərbaycan həbsxanalarında transseksuallar: "Maviləri ayaqyoluna yaxın koloniyada..."Bu gün küçədə qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib, transseksual və ya transgender insanlara tez-tez rast gəlmək olur.

Xanim.az media.az-a istinadən xəbər verir ki, Azərbaycan tolerant dövlətdir, yuxarıda göstərilən şəxslər ölkəmizin vətəndaşlarıdır, digər vətəndaşlarla eyni hüquqlara sahibdirlər.

Heç kim qanun pozuntusundan sığortalanmayıb. Belə hallarda transseksualları hara göndərirlər?

"Bu gün Azərbaycan həbsxanalarında transseksuallar yoxdur. Söhbət cinsini dəyişən şəxslərdən gedir. Ancaq qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib insanlar az deyil", - Pentensiar Xidmətin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mehman Sadıqov deyib.

Onun sözlərinə görə, homoseksuallar, əsasən, kişi, lezbiyanlar isə qadın koloniyalarında saxlanılır. Yeri gəlmişkən, lezbiyanların sayı azdır. Onlar üçün heç bir xüsusi güzəştlər tətbiq edilmir. Qayda, qanun və saxlanma şərtləri hər kəs üçün eynidir.

"Biz ayrıseçkiliyin baş verməsinə icazə vermərik. Deyə bilərəm ki, onlar heç bir təzyiqlə üzləşmirlər. Əlbəttə, üzərində işlər aparılan xüsusi qrup var, ancaq ona oriyentasiyasından asılı olmayaraq, hər kəs daxil edilir", - o bildirib.

Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov bəyan edib ki, əgər transseksual qanun pozucularının sayı kifayət qədər olsaydı, o zaman onlar üçün koloniya daxilində xüsusi bölmələr yaratmaq olardı. Bu məhkumların şəxsi təhlükəsizlik maraqlarına görə ədalətli olardı.

Hüquq müdafiəçisi əlavə edib ki, əgər transseksual mühakimə edilsə və bununla yanaşı, onun həyatı və ya sağlamlığı üçün təhlükə olsa, təşkilat onun təhlükəsizliyini təmin etməlidir. Əsasən, bu hallarda digər koloniyaya köçürülmə və ya təcrid edilmə formasından istifadə edilir.

"Əgər xarici görünüşcə qadın, sənədlərdə isə kişi olan şəxs mühakimə edilirsə, o zaman həmin şəxs kişi koloniyasına göndərilir və təhlükəsizliyi təmin edilir. Əlbəttə, bu, sərt rejim olsa da, onun toxunulmazlığını təmin edir", - o bildirib.

Hüquq müdafiəçisi təsdiq edib ki, həbsxanalarda qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib insanlar saxlanılır.

"Bir neçə il əvvəl iki lezbiyan koloniyada toy təqlid edib. "Mavi"lərə gəlincə isə, onları ayaqyoluna yaxın kameralarda saxlayırlar. Homoseksuallar var, amma elələri də var ki, həbsxanada belə olurlar", - o qeyd edib.

E.Zeynalov bir fakta daha diqqət yetirməyi təklif edib.

Belə ki, transseksualların əməliyyatdan əvvəl və sonrakı vəziyyətlərinə diqqət yetirək. Əməliyyata qədər kişi cinsi orqanı olan qızları qadın koloniyasına heç kim buraxmaz. Ancaq əməliyyatdan sonra onlar adi qadın olurlar və rahatlıqla qadın koloniyasında qalırlar.

"Əsas problem əməliyyat edilməyən transseksuallarla bağlıdır. Həmin şəxslərin öz cinsindən olan insanlarla eyni koloniyaya salınması, əslində, onların bu cinsdən olanları əks cins kimi görməsi böyük münaqişəyə səbəb olur. Çıxış yolu ya əməliyyatın keçirilməsi, ya da təcrid edilmədir. Ümumiyyətlə, cinsi məsələlərlə bağlı cəzaçəkmə müəssisəsində ciddi problemlərimiz var", - o əlavə edib.

Xəbərlər     Baxılıb: 2037   Tarix: 09 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

həkim məsləhəti geyim və ayaqqabılar maskalar otaq dizaynları sarimsaqla qurdun mualicesi hicab haqqinda varikosel kosmetika novruz hakışdaları sekisler tapmaca ginekoloq muellim seiri