Azərbaycanda dəhşətli qətl

Azərbaycanda dəhşətli qətlTərtərdə baş verən "intihar" hadisəsinin qətl olduğu ortaya çıxıb.
Bu barədə Oxu.Az-a Tərtər rayon hüquq mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, aprelin 26-da Tərtər şəhərinin meşə zolağı boyunca uzanan Vüqar Həsənov küçəsində asılmış meyiti tapılan Məmmədli Cavid Faiq oğlu, əslində, qətlə yetirilib.

Məmmədlinin boyun nayihəsindən götürülmüş dəri nümunəsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Bakı laboratoriyasında incələnib.

C.Məmmədlinin özünü asmadığı, qətl qurbanı olduğu müəyyən edilib. Belə ki, qatil onu özünü asmağa məcbur edib. Özü isə prosesi kənardan soyuqqanlı şəkildə izləyib. O hətta qurbanının kəndiri boynuna keçirməsinə də kömək edib.

Xatırladaq ki, C.Məmmədli "oliqofreniya" (kəmağıllıq – red.) diaqnozu ilə psixiatrik xəstəxanada qeydiyyatda olub.

Bundan başqa, istintaq orqanları onun ötən ilin payız ayında törədilmiş və indiyə kimi üstü açılmamış cinayətlə əlaqəsinin olmasından şübhələnirdi. Belə ki, noyabrın 18-də 34 yaşlı Nərimanlı Rəşad Bayram oğlunun meyiti Tərtərin Qara Qarayev küçəsində yerləşən evində aşkarlanıb. Qatil onun əllərini və ayaqlarını bağlayaraq çoxsaylı bıçaq xəsarətləri yetirib.

İstintaq nəticəsində, həmçinin Məmmədlinin öldürülməsində şübhəli bilinən həmin şəxsin, ötən ilin noyabr ayında yuxarıda qeyd olunan ünvanda yaşayan Rəşad Nərimanlını xüsusi amansızlıqla qətlə yetirdiyi məlum olub.

Qatilin kimliyi və motivləri haqda məlumat verilmir. İki nəfəri öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu gün Baş prokurorluğun bu məsələ ilə bağlı Daxili işlər nazirliyi ilə birgə məlumat yayacağı gözlənilir.

Xəbərlər     Baxılıb: 1705   Tarix: 02 may 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

toy makiyajlari yemek reseptleri donlar 2026 makiyaj balıq yağı usaq saclarinin yigilmasi süfrə bəzədilməsi kosmetika azerb clpaq qadinlari burcler baliq qadin saglamlig qiz adlari