Azərbaycanda doğum evində ana ölümünə səbəb olan baş həkimin kimliyi AÇIQLANDI - Təfərrüat

Azərbaycanda doğum evində ana ölümünə səbəb olan baş həkimin kimliyi AÇIQLANDI - TəfərrüatHəkim səhlənkarlığı nəticəsində ana 3 dəfə əməliyyat olunub

Ana ölümündə günahkar bilinən baş həkim yenidən hakim qarşısına çıxarılır.

Xanim.az-ın aznews.az-a istinadən məlumatına görə, fevral ayının 22-də Şəki Apellyasiya Məhkəməsində hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə cinayət məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 311 (rüşvət alma) maddələri ilə təqsirləndirilən Şəki şəhər Regional Perinatal Mərkəzin direktor vəzifəsini icra etmiş Məmmədova Saniyə Hüseyinovnanın məhkəməsinin ilkin baxış iclası keçiriləcək.

Qeyd edək ki, ötən il mart ayının 28-də Şəki şəhər Regional Perinatal Mərkəzdə 31 yaşlı xəstə Məmmədova Türkan İlham qızı qeysəriyyə əməliyyatı zamanı çoxlu qan itirməsi nəticəsində 3 gün sonra dünyasını dəyişib. Belə ki, Türkan Məmmədova mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Məmmədova Saniyə Hüseyinovna tərəfindən əməliyyat olunub. Əməliyyatdan bir müddət sonra xəstədə qanaxma baş verib, əməliyyat zamanı xəstənin damarı zədələnib. Pasiyentin qanaxması dayanmadığına səbəbindən yenidən əməliyyata alınıb. Daha sonra Bakıdan həkim briqadası gəlib və xəstə 3-cü dəfə əməliyyat olunub. Ancaq bu əməliyyatın da bir faydası olmayıb. İstintaqla sübut olunub ki, Türkan Məmmədova həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib.

Həmçinin müəyyən olunub ki, bu Saniyə Məmmədovanın ölümlə nəticələnən etdiyi birinci əməliyyat deyil. Qeyd olunur ki, Saniyə Məmmədovanın səhvi ucbatından neçə uşaq anasız qalıb. Hətta bir uşaq doğulan zaman bu həkimin səhvindən boynu qırılıb.

Onuda bildirək ki, bu Türkan Məmmədovanın 5-ci hamiləliyidir, ikinci doğumdur. Xəstədə kəskin böyrək çatışmazlığıda qeydə alınıb.

Baş vermiş ölümlə bağlı araşdırma aparılıb, doğuşa yardım komissiyasının rəyi ilə sübut olunub ki, Saniyə Məmmədova doğuş zamanı səhlənkarlığa yol verib və şübhəli şəxs qismində tutulub.
Azərbaycanda doğum evində ana ölümünə səbəb olan baş həkimin kimliyi AÇIQLANDI - Təfərrüat

Mətbəx     Baxılıb: 2547   Tarix: 15 fevral 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

turlar.az

sac duzumleri gözəllik məhsulları kosmetik vasiteler döşləri necə böyütmək olar qabyuyan masin gozalti maskalar qidalanma qaydaları kosmetika zəhmət vətən haqqında bayatılar öpüşme sanama nizami gencevi