Azərbaycanda ər arvadını ata-anasının gözü qarşısında zorlayıb- TƏFƏRRÜAT

Azərbaycanda ər arvadını ata-anasının gözü qarşısında zorlayıb- TƏFƏRRÜATHüquq müdafiəçisi, "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova və onun kollektivi təhdid edilir.
Gununsesi.info xəbər verir ki, bu barədə aznews.az-a onun özü məlumat verib.
Mehriban Zeynalovanın sözlərinə görə, rəhbərlik etdiyi sığınacaqda məskunlaşan qadınlardan birinin qeyri-rəsmi həyat yoldaşı Ceyhun Mehrəliyev ona rahatlıq vermir: "Bu şəxs bütün günü sığınacağın ərazisindədir. İşçilər qorxu içində gedib-gəlir. Dünən məni evə kimi izləyib, yaşadığım evin ətrafındadır. Qadının ünvanına olmazın sözlər deyir. Sosial şəbəkələrdə məni təhdid edir, deyir ki, "məni onunla barışdırmasan, sənə qarşı hücüm edəcəm". Bizə qarşı "kampaniya" aparır. Deyir "sən bizi barışdır ki, ərizəsini geri götürsün." Mən məsələ ilə bağlı onun anasını xəbardar etmişəm. Anası da onu müdafiə edir".
Ceyhun Mehrəliyevin qeyri-rəsmi həyat yoldaşı, hazırda sığınacaqda məskunlaşan qadın da olanları təsdiqlədi: "Məndən əvvəl ailəli olub, sonra ayrılıb. 2010-cu ildə biz onunla qeyri-rəsmi ailə qurduq. Bir ailə kimi yaşayırdıq. 4 yaşında bir qızım var. Çox çalışdım ki, bu nikahı rəsmiləşdirəm. Amma bacarmadım. Qızıma sənəd də verməyiblər. Mən ona 8 aylıq hamilə olanda bu şəxs başqa qadınla el-adəti üzrə evləndi. Həmin vaxt mən evi tərk etdim. Öz ana evimdə uşağı dünyaya gətirdim. O isə artıq 3-cü həyat yoldaşı ilə yaşayırdı. Amma məndən əl çəkmirdi. Mən isə ona yaxınlıq etmədiyimdən qorxu içində yaşadırdı. Əlacsız idim. Məni döyürdü, incidirdi. Atam evində rahatlıq yox idi, onların da gününü zəhər edirdi. Gecələr gəlib qapımızı döyürdü, qonum-qonşu ayılırdı, deyirdilər ki, "əlimizdən bir xəta çıxacaq".
Mən sığınacağa yerləşmişdim. Gecə gəlib məni qızımla götürüb atasının bağına apardı. Fevral ayı, səssizlik bir məkan… İstədi ki, üzümə vursun, qızım ona mane oldu. Bu vaxt əlindəki bıçaqla mənə bir neçə yerdən zərbələr endirdi. Özü də uşağın gözü qarşısında. Qapını bağlayıb getdi. Mən gecəni alt paltarında qanın içində qaldım. Səhəri gün necə olubsa, qapını bağlamağı unudub. Baxdım ki, qapı açıq, alt paltarında qanın içində qaçıb küçəyə çıxdım. Taksi saxlatdım, ordan bir baş hüquq-mühafizə orqanlarına gəldim, olanları danışdım. Sonra oradan xəstəxanaya getdim.
Həmin gün uşaq necə qorxubsa, hələ də özünə gəlməyib. İndi atasını görmək istəmir. Uşaq qorxu içindədir. Ən dəhşətlisi isə məni qonşulara qulluqçu kimi təqdim etmişdilər. Elçin dələduzluqla məşğul idi. Mənə küçə söyüşləri ilə təhqir edirdi. Dəfələrlə mənə qarşı zorakılıq edib. Bağda, ata-anasının gözü qarşısında məni zorlayırdı. Hər yerim bıçaq izləridir.
Hazırda iş hüquq-mühafizə orqanlarındadır. Amma işə baxmırlar. Ceyhun deyirdi ki, "nə qədər anamın adı var, mənə bata bilməyəcəksən". Belə işlər çox olub, amma hər dəfə də anası onu polis orqanlarından xilas edib. Mənimlə yanaşı bütün sığınacağın həyatı təhlükədədir".

Xəbərlər     Baxılıb: 2237   Tarix: 14 may 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə simptonu olanlara ciddi XƏBƏRDARLIQ

Ürək və damar xəstəlikləri ən çox ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir. xəbər verir ki, ürək xəstəliklərindən danışan türkiyəli həkim Mehmet Ertürk bildirib ki, döş qəfəsinin ortasında hiss olunan, çənəy

.

Kabakın az bilinən möcüzəvi faydası: Bədəndəki ödəmin bir nömrəli düşməni imiş

Müasir dövrün ən böyük problemlərindən olan hərəkətsiz həyat tərzi, balanssız qidalanma və yetərsiz su qəbulu bədəndə ödəm və şişkinliyin yaranmasına səbəb olur. Bir çox insan bu problemi həll etmək üçün süni preparatlar

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

turlar.az

kosmetik vasiteler qadin sayti toy makiyajlari hipertoniya xəstəliyi qoç bürcü arxadan olmaq estetik gözəllik kosmetika həsən bəy zərdabi vətənə aid atalar sözləri seksual vətən zehmet ve zinet