Azərbaycanda hamı BU DİREKTORDAN DANIŞIR - FOTO
Azərbaycanda yeni tədris ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bir neçə məktəbin direktoru dəyişdirilib. Həmin məktəblərdən biri də Sumqayıtda fəaliyyət göstərən 25 nömrəli tədris ocağıdır. Sosial şəbəkələrdə sözügedən məktəbə gənc xanımın təyinat alması barədə məlumatlar yayılıb.
Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəbəkə istifadəçiləri xanım direktor Arzu Alızadənin bu vəzifəni icra etmək üçün çox gənc olduğunu vurğulayıblar.
Direktor Arzu Alızadə isə bildirib ki, o, təhsil sahəsində 20 ildir ki, fəaliyyət göstərir: "Mənim 20 il pedaqoji stajım var, yazıldığı kimi, elə də gənc deyiləm, 1976-cı ildə doğulmuşam. Allahın verdiyi simadır. 20 və 22 nömrəli məktəblərdə dərs demişəm, Sumyayıt şəhər Təhsil Şöbəsində işləmişəm. İmtahanda 68 bal toplayaraq 25 nömrəli məktəbə direktor təyin olunmuşam".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin