Azərbaycanda qadınlar hansı xəstəliklərdən ölürlər? - ARAŞDIRMA

Hər il dünyada milyonlarla insan müxtəlif səbəblərdən ölür. Müharibələr, terror hadisələri, kütləvi yoluxucu xəstəliklər, soyqırımı aktları kimi hadisələr nəticəsində insan ölümü, təəssüf ki, statistikaya çevrilir.

Qadın ölümləri bu çoxmilyonlu "statistika"nın böyük bir hissəsini təşkil edir. Belə ki, adlarını sadaladığımız səbəblər qarşısında qadın zərifliyi çox tab gətirə bilmir.

Amma bu, o demək deyil ki, bütün qadınlar sadəcə terror, müharibə qurbanlarıdır. Dünya üzrə qadın ölümlərinə həm də müxtəlif xəstəliklər səbəb olur.

Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə qadınlar, əsasən, hansı xəstəliklərdən ölürlər?

Dövlət Statistika Komitəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə Azərbaycanda qadınlar arasında ölüm halları, əsasən, qan dövranı sisteminin xəstəliklərindən baş verib.

2018-ci ildə Azərbaycan Respublikası üzrə qan dövranı sisteminin xəstəliklərindən ölən qadınların sayı

(Səhiyyə Nazirliyinin məlumatlarına əsasən)
Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri, professor Adil Baxşəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb.

"Qadın nə qədər cavandırsa, qanında qadın cinsi hormonları lazımi qədərdirsə və klimaks vəziyyət əmələ gəlməyibsə, ürək-damar xəstəlikləri nisbətən az təsadüf olunur. Bu hormonlar qadınlara qoruyucu təsir edir, xolesterini aşağı salır və qan təzyiqinin qalxmasının qarşısını alır.

Menopauza dövründə artıq ürək-damar xəstəliklərindən əziyyət çəkmə halları kişilərə yaxınlaşır. İndi qadınlarda 30-35, bəzilərində isə 40 yaşa yaxın aybaşı tsiklində pozuntular əmələ gəlir. Bu zaman aybaşı tsikli vaxtından qabaq kəsilir, klimaks dövrü başlayır. Bəzən menopauza dövrü çox uzun çəkir.

Qadınların menopauza dövründən başlayaraq çəkiləri artır. Artıq çəki də ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsi üçün şərait yaradır. Qadınlar daha çox nevroz, kəskin revmatik qızdırma, ürəyin işemik xəstəliyindən əziyyət çəkir", - professor dilə gətirib.

"Qadınlar vena - varikoz genəlməsi, intibahi xəstəlikləri və sair xəstəlikdən əziyyət çəkirlər. Müalicəyə gələn əksər qadınlarda normal venası olana rast gəlmək olmur. Xüsusilə üç uşağı olan qadının venaları görünür və orada tromplar əmələ gəlir. Bu, qorxuludur. Çünki həmin tromb yerindən qopub gedib ağciyər arteriyasını tuta bilər və qəfil ölüm verə bilər. Qadında nəzərəçarpacaq dərəcədə varikoz genəlməsi varsa, mütləq həkimə müraciət etməlidir", - deyə Adil Baxşəliyev qeyd edib.

Aparılan araşdırmaya görə, Azərbaycanda infarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir.

Professorun sözlərinə görə, qadınlar daha çox ürək çatışmazlığı, insult, beyinə qan sızma və digər xəstəlikdən ölürlər:

"Xüsusilə qadınlarda kişilər kimi şəkərli diabet əmələ gəlirsə, ölüm riski daha çox artır. Ümumilikdə infarktın baş verməsi halları qadınlarda daha az olur, amma infarkt nəticəsində qadın orqanizmi daha ciddi zədələnir, müalicəsi çətin olur.

Buna görə də qadınlarda infarktdan sonra ölüm halları kişilərlə müqayisədə çoxdur. Çünki qadın orqanizmi buna hazır deyil. Qadınlar infarktın elə ilk dəfə baş verməsi nəticəsində ölə bilərlər. Çünki onlarda zədələnmənin dərəcəsi də ağır olur və daha çox fəsad yaranır".

ABŞ-ın Vaşinqton Universiteti nəzdində ümumdünya səhiyyə sahəsində tədqiqatlar aparan IHME (Sağlamlıq Göstəricisi və Qiymətləndirilməsi İnstitutu) adlı qeyri-hökumət təşkilatının hesabatına görə, Azərbaycanda 1990-2017-ci illər ərzində orta ömür üç il artıb, beş yaşdan aşağı uşaqlar arasında isə ölüm halları iki dəfədən çox azalıb.

Azərbaycanda ölümə səbəb olan əsas 10 xəstəlikdən səkkizi qeyri-infeksion xəstəliklərin payına düşür. Azərbaycanlılar üçün ən bəlalı xəstəliklər ürəyin işemik xəstəlikləridir. Statistika nə qədər üzücü olsa da, xəstəlik son 10 il ərzində 26,8, insult 1,8, serroz və böyrəklə bağlı digər xəstəliklər 13,3 faiz artıb.

Ölümə səbəb olan xəstəliklərin onluğunda aşağı tənəffüs yollarının xəstəlikləri, Altsheymer sindromu, neonatal pozuntular, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, ağciyər xərçəngi, şəkərli diabet və mədə xərçəngi də yer alır.

Eyni zamanda, Azərbaycanda bel ağrıları 26,8, baş ağrıları 15,7, şəkərli diabet 36,4 və yıxılma 47,2 faiz artıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2019-cu ilin iki ayı üzrə 1903672 nəfər arasında tibbi profilaktik müayinə aparılıb.

Azərbaycanda qadınlar hansı xəstəliklərdən ölürlər? - ARAŞDIRMA(BiG.AZ)

Xəbərlər     Baxılıb: 6820   Tarix: 10 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

qis geyimləri 2026 kosmetoloq həkim məsləhəti gül buketləri yay kolleksiyasi cinsi heyat murebbeler kosmetika vətənə aid bayatılar dolça olumu video ginekoloq