Azərbaycanda qadınların buna marağı artıb... DƏHŞƏT

Azərbaycanda qadınların buna marağı artıb... DƏHŞƏTAzərbaycanda spirtli içki qəbul edən və hətta bunu gündəlik yaşam tərzinin bir hissəsinə çevirən qadınların sayı durmadan artmaqdadır. Bəs qadınları buna vadar edən nədir? Psixoloji problemlər, yoxsa artmaqda olan qərbyönlü tendensiya?
Bu mövzuyla əlaqədar problemi daha kökündən araşdırmaq üçün psixoloq, sosoiloq və həkimdən açıqlama almaq qərarına gəldik.
Psixoloq Elnur Rüstəmov bildirdi ki, qadınların spirtli içki və nikotindən istifadə etməsi onların görkəminə və səhhətinə mənfi və digər tərəfdən psixoloji təsir göstərir. Bu aludəlik zamanla qadında davranış və şəxsiyyət problemi yaradır. Nəticədə, ailəlidirsə, ailə münasibətində problemlər, subaydırsa, zaman keçdikcə ailə məsuliyyətindən qaçmaq kimi problemlə üz-üzə qalırlar. Ona görə də bu məsələ ilə bağlı müəyyən maarifləndirmə işləri aparılmalıdır. Bu aludəlik qadında əsasən gender bərabərliyinin (qadın-kişi hüquqlarının bərabərliyi) səhv anlaşılması ucbatından yaranır. Yəni əgər kişi alkoqollu içilərdən istifadə edirsə, mən niyə etməyim? Avropada çəkilən filmlərə nəzər salsaq, qadınların spirtli içkilərə həddindən artıq meyilli olduqlarının şahidi oluruq. Bir şeyi də qeyd edim ki, alkoqollu içkilər qadın orqanizminə daha tez təsir edərək sıradan çıxarır. Hər bir qadın potensial anadır. Spirtli içkilərin qəbulu hamiləlik dövründə pis nəticələrə gətirib çıxara bilər. Nəticədə doğulan uşaqlar psixoloji travma ilə doğulurlar. Qadınlar rəngli alkoqoldan istifadə etsələr belə, bu heç də problemi azaltmır, əksinə daha da qabardır.
Mövzumuzu sosioloq Rafiq Təmracovun açıqlaması ilə davam edirik.
O bildirdi ki, tarixən qadınların siqaretdən, içkidən istifadə etməsinə bir əxlaq dəyəri kimi baxılıb. Dinimizə zidd olmasına baxmayaraq, təəssüflər olsun ki, bizim cəmiyyətimizdə də spirtli içkilərdən kifayət qədər istifadə edilir. Ancaq Azərbaycanda içki və siqarətdən istifadə digər ölkələrə nisbətən azdır. Bu yaxşı haldır. Ancaq burda bir tendensiya ( dinamika) məsələsi var. Bizdə son dövrlər siqaret və içkiyə münasibət dəyişib. Yəni kişilərlə bərabər qadınlar da spirtli içkiyə daha çox meyillidirlər. Əslində bunun bir neçə səbəbi var: qloballaşmanın mənfi tendensiyaları, başqa cəmiyyətin dəyərlərinin, müəyyən keyfiyyətlərinin əxz edilməsi. Artıq, şahid oluruq ki, kişilər də qadınlara spirtli içkilər təklif edirlər. Digər tərəfdən isə, qadınlar alkoqoldan istifadə etmələrinin ziyanları barədə maarifləndirilməlidirlər.
Bəs gəlin diqqət edək, görək spirtli içkilər qadına tibbi cəhətdən necə təsir edir?
Terapevt Nahid Məhərrəmov vurğuladı ki, bəzən xəstələr belə sual edirlər ki, arada 100 qr filan alkoqollu içki qəbul etmək olarmı? İstər çox, istərsə də az, spirtli içki ziyanlıdır. Nəinki kişilərə, həmçinin qadınlara və hamilələrə də məsləhət deyil. Fərqi yoxdur hansı içkidir. Tərkibində spirt varsa, ziyanlıdır. Ancaq spirt qidadırsa, orqanizm onu normal bir şəkildə mənimsəyə bilir. Kişilərə nisbətən qadınların orqanlarında da bir incəlik var. Dozadan artıq spirt qadınların mədə-bağırsaq sisteminə daha ciddi təsir edə bilər. Hətta bağırsaq qanaxmaları, öd-qaraciyər, kolit və.s problemlərə də səbəb ola bilər. Hamilələ qadınlarda isə spirtli içkilərin qəbulu gələcəkdə uşağın sağlam doğulmamasına şərait yarada bilər. Həm də bu körpənin ana bətnindəykən alkoqola meyillənməsinə səbəb olur.
ATV.az

Mətbəx     Baxılıb: 3280   Tarix: 31 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

turlar.az

geyim və ayaqqabılar toy makiyaji sekilleri toy makiyajlari uşaq yeməkləri boyuk qadin dosleri sonsuzluq və onun müalicəsi baliq qulagi el isleri kosmetika hüzeyir hacibəyov novruz həmidə balıq dolça