Azərbaycanda RƏZALƏT! Arvadının spid xəstəsi olduğunu bilən ər elə hərəkət etdi ki...

Azərbaycanda RƏZALƏT! Arvadının spid xəstəsi olduğunu bilən ər elə hərəkət etdi ki...Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin iyun ayının sonuna qədər müayinədən 291431 nəfər keçib.
Sonxeber.az modern.az-a istinadən bildirir ki,Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın dediyinə görə, 1 iyun 2015-ci il - 30 iyun 2017-cı il tarixindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumu qənaətbəxşdir:

"Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 12036 nəfərdə talassemiya daşıyıcılığı, 1143 nəfərdə sifilis, 209 nəfərdə isə QİÇS aşkar edilib. 2017-ci il ərzində 63137 nəfər müayinələrə cəlb edilib, 1853 şəxsdə talassemiya daşıyıcılığı, onlardan 19 da hər iki cütlük olmaqla daşıyıcılıq qeydə alınıb. 259 nəfərdə sifilis, 46 nəfərdə isə HİV1/2 QİCS qeydə alınıb".

Direktor deyib ki, müəyyən olunan rəqəmlər o qədər də qorxulu deyil: "Bəziləri nə vaxtsa bu xəstəliyi keçirib indi sadəcə daşıyıcıdır. Bu o qədər həssas analizdir ki, qanda qalan antitelləri də göstərir. Amma nəticələrdəki rəqəmlər qorxulu deyil. Biz desək ki, belə xəstəliklə Azərbaycanda yoxdur, yalan demiş olarıq. Bu elə bir şeydir ki, bütün dünyada mövcuddur. Hətta xəstəlik aşkarlanan şəxslər yenidən aidiyyatı qurumlarda müayinədən keçir. Sifilis aşkarlanırsa, dəri-zöhrəvi xəstəlikləri xəstəxanasına, SPİD aşkarlanıbsa, QİÇS-lə Mübarizə Mərkəzinə yönləndiririk. Həmin xəstələr orada yenidən müayinədən keçir və lazımi müalicə kursu təyin olunur. Bu müayinələrə qədər də xəstələrin sayı bilinirdi. Sadəcə indi xəstəliklər daha erkən müəyyən edilir ki, bu da müalicə prosedurlarını asanlaşdırır. Bəzən olub ki, müayinəyə gələnlər əvvəlcədən özlərində olan xəstəliklər barədə məlumatlı olublar. İki QİÇS xəstəsi vardı, bizə müraciət etdilər. Xəstəlikləri olmasına baxmayaraq, evlənmək istədiklərini bildirdilər. Əlbəttə xəstəlik aşkarlanan yeni cütlüklər də olur".

Z. Əlimirzəyeva qeyd edib ki, bu yaxınlarda ailə qurmaq istəyən cütlük müyainə üçün müraciət etmişdi.

"Qızda SPİD aşkarlansa da, bunu qarşı tərəfdən gizlədib. Onlar ailə qurduqdan təxminən 2 ay sonra oğlan həyat yoldaşının xəstəliyindən xəbərdar olub. Hazırda onlar boşanma ərəfəsindədirlər. Kişi bizdən xanımının analiz cavablarını istədi. Amma biz bildirdik ki, hər şəxsin analizləri həkim sirridir və yalnız onun özünə verilə bilər. Onlar bu barədə razılıq əsasında bir-birilərinə deyə bilərlər. Ailə qurulursa, sağlam təməl üzərində qurulmalıdır. Oğlan da, qız da bilməlidir ki, ailə qurduğu şəxsdə hansı xəstəliklər var. Həyat yoldaşının SPİD-ə yoluxduğunu bilən kişi onu məhkəməyə verir. Əslində xanıma qanun qarşısında bilərəkdən yoluxucu xəstəliyə yoluxdurma, qəsdən sağlamlığa zərər vurma ilə iş açıla bilər. Məhkəmədə oğlan qazanacaq, çünki qarşı tərəf bilərəkdən onu yoluxdurmaq istəyib. Bu cütlüyün 30-dan yuxarı yaşı olmasına baxmayaraq, ilk evlilikləridir. Bu elə şeydir ki, gec-tez aşkarlanır. SPİD xəstələrinin özü nəzarətdə olur".

Z.Əlimirzəyeva bildirib ki, kişi evlilikdən sonra yenidən müayinəyə cəlb olunub və o, sağlamdır.

Qeyd edək ki, Ailə Məcəlləsinə dəyişikliklərin edilməsindən sonra bəzi normativ hüquqi aktların təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz

Xəbərlər     Baxılıb: 3465   Tarix: 23 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

qaşların formalari hamiləlik kosmetika mehsullari seksin növləri pul kisəsi makaronlar böyrək problemi kosmetika vətənə aid atalar sözləri veten seirleri novruz hakisdalari ariqla uşaq şeirləri