Azərbaycanda "Siqaret çəkmə, kino çək!" mövzusunda qısa film müsabiqəsi elan edilib

Azərbaycanda "Siqaret çəkmə, kino çək!" mövzusunda qısa film müsabiqəsi elan edilib"Report" İnformasiya Agentliyi, "Cinemazadeh" studiyası, "Bakı Media Mərkəzi", "CinemaPlus" kinoteatrlar şəbəkəsi, "Azad Azərbaycan" teleradio yayım şirkəti və "CBC" telekanalı sağlam həyat tərzinin təbliği ilə əlaqədar "Siqaret çəkmə, kino çək!" mövzusunda qısa film müsabiqəsi elan edir.

Müsabiqənin şərtlərinə görə:

1. Müsabiqəyə yalnız ictimai yerlərdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması mövzusunu əhatə edən tamamlanmış filmlər qəbul olunur;

2. Müsabiqəyə müəlliflərin orijinal işi olan filmlər qəbul olunur;

3. Filmlər 31 yanvar 2018-ci il tarixindən 30 mart 2018-ci il tarixinədək qəbul olunur. Qaliblərin adları 7 aprel 2018-ci il tarixində təntənəli mərasimlə elan olunacaq. Təşkilatçılar təqdim olunan işlərin həcmindən asılı olaraq son tarixləri dəyişmək hüququna malikdirlər;

4. Bir müəllif istənilən sayda film təqdim edə bilər;

5. Filmlərin xronometrajı 5 dəqiqədən artıq olmamalıdır. Filmlər youtube.com və ya vimeo.com saytlarına yükləndikdən sonra, keçid [email protected] elektron ünvanına müəllifin əlaqə məlumatları ilə birgə təqdim olunmalıdır;

6. Filmlərin çəkiliş formatı və texniki xüsusiyyətləri (rəng, səs, kadr tezliyi, kadrın ölçüsü və s.) baxımından məhdudiyyət yoxdur;

7. Müsabiqəyə yalnız Azərbaycan dilində olan filmlər qəbul olunur;

8. Müsabiqədə istənilən yaşda olan müəlliflər iştirak edə bilər;

9. İştirakçı müsabiqəyə film təqdim etməklə müəllif hüquqlarının tək və müstəsna olaraq ona məxsus olduğunu və hər hansı üçüncü tərəfin hüquqlarının pozulmadığını təsdiq edir;

10. Qaliblərin adları "Report" İnformasiya Agentliyinə məxsus Report.az saytında elan olunacaq. Təşkilatçılar münsiflər heyəti tərəfindən seçilməyən filmlərə şərh vermirlər;

11. İştirakçı müsabiqəyə film təqdim etməklə bütün şərtləri diqqətlə oxuduğuna və razılaşdığına zəmanət verir.

Müsabiqə şərtlərinə uyğun olan videolar tanınmış kinorejissor, aktyor, ictimai xadim, jurnalist, sağlam həyat tərzinin təbliği üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının nümayəndələrindən ibarət münsiflər heyətinə müəllifləri göstərilmədən təqdim olunacaq. Münsiflər heyəti qısa filmləri müstəqil şəkildə qiymətləndirəcək.

Müsabiqənin qalibi 3 000 manat, 2-ci yeri tutan ekran işi 2 000 manat, 3-cü yerə layiq görülən film 1 000 manat məbləğində mükafatlandırılacaq.

Müsabiqənin qalibləri 7 aprel 2018-ci il tarixində elan olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu imzalayıb. Bu qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Maraqlı     Baxılıb: 3011   Tarix: 02 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

turlar.az

makiyaj instagram qaşların formalari gelinlikler faydalı bitkilər vaginal quruluq ilk cinsi əlaqə şef master kosmetika kahfe fali novruz bayramı haxışta hüzeyir hacibəyov zəhmət cantalar