Azərbaycanın futbol tarixini yazan memar - QURBAN QURBANOV KİMDİR?

Azərbaycanın futbol tarixini yazan memar - QURBAN QURBANOV KİMDİR?Qarabağ futbol komandasının baş məşqçisi Qurban Qurbanov dünən xalqına unudulmaz sevinc yaşadıb. O, futbol tarixinə yeni bir imza yazıb. Bəs, görəsən fəxrimiz olan Qurban Qurbanov kimdir?

GoldNews.Az xəbər verir ki, Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonun Aşağı Tala kəndində fəhlə ailəsində dünyaya gəlib. Azərbaycanlı futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçidir. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır.

Futbolçu karyerası ərzində Azərbaycan "Daşqın" Zaqatala , "Turan" Tovuz, "Kür-Araz" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstan "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Beş dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.

1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub.2008-ci ildən indiyə kimi "Qarabağ" Ağdam klubunun baş məşqçisidir. "Qarabağ" klubu ilə iki dəfə Azərbaycan Kubokunun qalibi olub, iki dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

Qurban Qurbanovun ailə vəziyyəti

Onun üç bacısı, iki qardaşı var. Qardaşı Musa Qurbanov da futbol mütəxəssisidir. Qurban valideynlərinin sonuncu övladıdır.

Orta təhsilini Aşağı Tala kəndində alıb. 1979-cu ildən birinci sinfə Aşağı Tala 5 saylı səkkiz illik məktəbdə başlayıb, son iki sinfi 3 saylı orta məktəbdə davam edib.

Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın" Zaqatala klubuna gətirib. 9-cu sinfi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayıb.

1989-cu ildə atası vəfat edib. 2017-ci il 18 aprelində isə anası Güləbatın xanım vəfat edib. Evlidir, 2 övladı var: Musa və Zəhra. Musa "Neftçi" futbol klubunda aşağı yaş qrupları üzrə komandalarda məşq edir.

Xəbərlər     Baxılıb: 3526   Tarix: 24 avqust 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

kosmetik vasiteler yemek reseptleri qadın geyimi masaj faydalı qidalar saç düzümləri qırmızı xalça kosmetika veten haqqinda bayati faydalı bilgilər porno oxatan statuslar