Azərbaycanın tanınmış aparıcısından ŞAD XƏBƏR: Tezliklə...

Azərbaycanın tanınmış aparıcısından ŞAD XƏBƏR: Tezliklə...Vaxtı ilə ANS telekanalında yayımlanan "Şəbəkə" verilişi ilə tanınan Rahil Sayadoğlu evlənməyə hazırlaşır.

Hazırda ARB kanalında "Pəncərə" verilişini aparan tanınmış aparıcı bu haqda Skrom.Net-ə verdiyi özəl müsahibə zamanı danışıb. Səmimiyyəti ilə hər kəsin qəlbini qazanan Rahil, bizim də suallarımıza səmimi cavab verdi.

– ANS-dən ARB-yə transfer oldun. Hansı fərqləri hiss edirsən? Ümumiyyətlə fərq varmı?

– Fərqlər çoxdur. ANS-də idarəetmə və iş prinsipləri çox fərqli idi. Təbii ki, tamaşaçı auditoriyası da çox idi. Amma tematik baxımdan deyil, yaradıcılıq baxımından ARB-də daha çox sərbəstlik var. ANS köklü kanal olduğundan orda qəlibləşmiş qaydalar və prinsiplər əsas söz sahibi idi. Hər deyilən ideyanı həyata keçirmək asan başa gəlmirdi. Amma ARB-də vəziyyət fərqlidir. Burada yaradıcı risklərə geniş meydan var. Bu da əməkdaşlara imkan verir ki, maraqlı yenilikləri sınaqdan keçirsinlər.

İndi də "Pəncərə"dən "baxıram" və düşünürəm ki, pis alınmır

– "Şəbəkə"nin Rahili "Pəncərə"ni aparan Rahil olubmu?

– Açıq deyim ki, hələ də müxtəlif yerlərdə tanıyıb yaxınlaşanlar "şəbəkəni aparan oğlan" deyir. İlklər həmişə unudulmaz olur. Mən ilk dəfə bu adla efirə çıxdım deyə, belə yadda qaldım. Amma getdikcə "Pəncərə"nin də auditoriyası böyüyür. Keçmiş keçib, gələcək necə gələcək, bilinmir. Əlimizdə olan indidir. İndi də "Pəncərə"dən "baxıram" və düşünürəm ki, pis alınmır.

– Ssenaristsən. Ölkəmizdə də yeni filmər çəkilir. Təklif olsa film ssenarisi yaza bilərsənmi? Ümumiyyətlə belə bir fikrin varmı?

– "Ssenari yaradıcılığı" fakültəsini bitirmişəm. Təklif və şərtləri yaxşı olsa, yaza bilərəm. Sadəcə vaxt problemim var. İş həddindən artıq çoxdur deyə ssenari yazmağa güc qalmır. Ümumiyyətlə televiziya yaradıcılığı soyudur. Yaradıcılığın sıxıb suyunu çıxarır. Tələbəlik illərindəki o enerji, o həvəs qalmayıb. Amma yenə də əla təklifə "yox" demərəm.

– Facebookda yazdığın statuslar maraq cəlb edir. Hətta onlara kiçik köşə demək olar. Bu bacarıq səndə var. Niyə əlinə klaviaturanı alıb, köşə, hekayə yazmırsan? Ya yazırsan bizim xəbərimiz yoxdur?

– İldə 2-3 dəfə köşə yazıram, saytlarda çap olunur. Amma niyə intensiv etmirəm? Buna həm tənbəlliyim mane olur, həm facebook imkan vermir yazı yazım. Facebookdan asılı qalmışam. Həm də ki, məni yazmağa həvəsləndirən daha çox sosial-siyasi mövzulardır. O haqda da mənim üçün yazmamaq yazmaqdan daha yaxşıdır. Yazıb tənqidə məruz qalınca, yazmayıb özümü qoruyuram. Mənə görə susmaq yalan danışmaqdan yaxud yekə-yekə danışmaqdan daha yaxşı seçimdir.

– Deyəsən şəxsi həyatında dəyişiklik olub. Bu barədə şikayətlənirdin, pəncərədən vağzalı havası eşidiləcək?

– Hə, dəyişiklik var. Əslində evlənmək üçün səbrsizlənən adam deyiləm. Amma bilmirəm niyəsə sosial mediada belə təəssürat yaratmışam. Şikayətlənmirdim, sadəcə "görəsən kiminlə ailə quracağam?" deyə həmişə düşünürdüm. Bu düşüncələrimə böyük ölçüdə son qoymuşam. Yəni axtardığımı tapmışam. Dostlarım "pəncərə"ləri açıq qoysunlar, tezliklə həyətdən vağzalı səsi gələcək. Yeri gəlmişkən həyatımdakı bu gözəl dəyişikliyə görə Mark Zükerberqə və onun facebookuna təşəkkür edirəm. İnboxda yazdığım bircə mesajla həyatım dəyişdi.

"Metroda öpüşmək.." məsələsinə yazdığın status diqqət çəkdi. Yazmısan ki, "mən də metroda öpüşmüşəm". Sənin də aqibətin o gənclər kimi olmuşdu?

– 2009-2010-cu illər idi. Tələbə idim və bir xanımla sevgi münasibəti yaşayırdıq. Metronun son stansiyalarından birində tək qaldığımızı gördük. Sonradan vaqona 1-2 nəfər də daxil oldular amma bizdən uzaqda idilər. Fürsətdən istifadə edib bir neçə saniyəlik xanımı öpmüşdüm ))))))) Yeri gəlmişmək, çox unudulmaz öpüş idi )) Xaqani bəyi tənqid edərkən bu məqamı da vurğuladım. Mentalitet keşikçiləri öz fikirlərindən "qaladıqları" tonqalda məni də "yandırdılar". Mən demirəm ki, gedin harda gəldi öpüşün. Mən sadəcə kiçik bir etiraf etdim. Bir çoxları isə həqiqəti nəinki deməyə, hətta bəzən eşitməyə də hazır deyil. Ona görə də belə kəskin reaksiya ilə qarşılaşırıq. Vallah dodaqdan heç kimə ziyan gələsi deyil. Təki bütün dodaqlar öpməkçün hərəkətə keçsin, söyməkçün yox. Necə deyərlər, söyüşməyin, öpüşün (Gülür – red)
Azərbaycanın tanınmış aparıcısından ŞAD XƏBƏR: Tezliklə...

Xəbərlər     Baxılıb: 2426   Tarix: 03 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

turlar.az

hamiləlik sade makiyaj sekilleri geyim dəbləri meyvələrin faydası permanent makiyaj sirin gilas atalar sozleri elme aid kosmetika qızlıq pərdəsi novruza aid hakistalar bedii edebiyyat irem derici prostat