Azərbaycanın tanınmış jurnalisti ÜRƏKLƏRİ DAĞLADI: - "Oğlum xəstədir, kömək edin"
"Yeni Azərbaycan" qəzetinin parlament müxbiri Nardar Bayramlının 5 yaşlı oğlu Tunar autizm xəstəliyindən əziyyət çəkir.
Xanim.az modern.az-a istinadən xbər verir ki, övladının 2 ildir bu xəstəlikdən əziyyət çəkdiyini bildirən jurnalist onun müalicəsinə kömək edilməsi üçün bank hesabı açıldığını bildirib:
"Oğlum autizm xəstəsidir. Autizm sindromunun nə qədər böyük bəla olduğunu, yəqin, hamınız bilirsiniz. Bu problemin dərmanlarla müalicəsi yoxdur, daha çox psixoloqlar məşğul olur və bir uşağın normallaşması üçün illərlə vaxt tələb olunur. Biz də iki ildir ki, Tunarı uşaq autizm-psixologiya mərkəzlərinə fasiləsiz olaraq aparırıq. Artıq oğlumun 5 yaşı var. Bu problem elədir ki, uşağın yaşı artdıqca onun müalicəsi çətinləşir. Autizm olan uşaqların reabilitasiyası ilə uşaq psixologiya mərkəzləri məşğul olur və onların əksəriyyəti ödənişlidir. Həm də bu ödənişlər yüksəkdir. Tunarı psixologiya mərkəzinə apardığımız iki il müddətində azacıq irəliləyiş hiss olunurdu. Nitqi açılmışdı, göz kontaktı az da olsa yaranmışdı".
Jurnalist bildirib ki, Tunarda olan müsbət dəyişikliklər çox çəkməyib və onun vəziyyəti yenə ağırlaşıb. Nardar Bayramlı övladını müalicə etmək üçün imkanı olmadığını, onun üçün ayda yalnız 300-400 manat xərcləyə bildiyini vurğulayıb və kömək istəyib.
5 yaşlı Tunar Bayramlıya kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin