Azərbaycanlı futbolçuların maşınları: "Porsche Panamera", "Maserati"...

Azərbaycanlı futbolçuların maşınları: "Porsche Panamera", "Maserati"...İmkanlı şəxslər üçün dəbdəbəli ev və villalar, lüks avtomobillər, şəhərin mərkəzində obyektlər həyatlarının bir parçasıdı. Yəni onları sabah nə yeyəcəkləri yox, pulun üstünə pul gətirməyin yolları və ətrafındakıların yanında uca görünmək maraqlandırır. Bu siyahıya təkcə biznesmenlərlə məmurlar aid deyil. Şou-biznesin sürətlə inkişaf etdiyi dövrdə müğənnilər və aktyorlar, eyni zamanda modellər də eyni həyat tərzi sürür. Təbii, siyahıda idmançıların da adları var. Nisbətən üzdə olanlardan, uğur qazananlardan gedir söhbət.

Dünyada ən çox sevilən növün futbol olması futbolçuların cibinə təsirsiz ötüşə bilməz. Sağlıqlarına qismət, yetərincə yaxşı maaş alırlar və buna uyğun da addım atırlar. Bir çox əcnəbi futbolçular var ki, qarajlarında avtomobil kolleksiyası görmək mümkündü. Böyük əksəriyyət son modellərə üstünlük verdiyi halda, bəziləri baha qiymətə aldığı retro maşınlarıyla öyünür. Düzdür, azərbaycanlı futbolçuların bir neçə maşın saxlamaq imkanı yoxdu. Bir neçə il əvvələ qədər ola bilərdi. Amma böhrandan sonra inandırıcı görünmür.

Xanim.az "Futbol+" qəzetinə istinadən xəbər verir ki, vaxtilə Mahir Şükürov, Rail Məlikov, Kamran Ağayev, Vaqif Cavadov, Vüqar Nadirov kimi yığma üzvlərinin "dəmir dostları"nın qiyməti yüzminlərlə ölçülürdü. Lap dəqiq desək, azı 200 min manatlıq avtomobillərdə gəzirdilər. Belələri indi də var. Sadəcə, barmaqla sayıla biləcək qədər azdılar. Ən bahalı maşınlara sahib azərbaycanlı futbolçuların ("milliləşdirilmişlər" də aiddi - H.) adları və sükanı arxasında oturduqları nəqliyyat vasitələrinin təxmini qiymətləri ilə tanış olmaq istəyirsiz?

Porsche Panamera 4S

Bu dəqiqə ən bahalı maşın sürən futbolçu Maksim Medvedevdi. Uzun illər "Mazda 6"da gəzən yığma üzvü bu il dəyişiklik etmək qərarına gəldi. Amma kiminsə "çapdığı" avtomobilə ehtiyac duymadı. Salona getdi, pulunu saydı və yağ içində olan "Porsche Panamera 4S"i adına keçirtdi. Bu modelin 2018-ci il buraxılışının bazar qiyməti 130-140 min avrodu. Yəni 260-270 min manat. Halbuki Maksim bu qiymətdə maşını indi yox, bir neçə il əvvəl də ala bilərdi. Ağılla hərəkət etməyi üstün tutub, öncə ev-obyekt sahibi oldu, daha sonra sürəti düşündü.

Range Rover

Adı dillər əzbəri olan Rəşad Sadıqov heç vaxt maşın həvəskarı olmayıb. Hətta gənc yaşlarında, əli böyük pullarla oynayanda belə. Bir müddət sükan arxasında oturmaqdan vaz keçən Sadıqov iki il əvvəl yenidən avtomobil sahibi olmağı qərara aldı. Tanışlarının köməyi ilə Bakıda sürülməmiş "Range Rover" gətizdirdi. İllərdi işlətdiyi 10-RS-014-ü də "belinə bağladı". 2013-cü il buraxılışı olan "ceyran"ın bazardakı qiyməti 80-85 min dollar aralığında dəyişir. Təxminən 135-145 min manat. Rəşadın "Range Rover" almasından sonra bu model dəbə mindi. İndi həmin şirkətin eyni məhsulundan Qurban Qurbanov, Rəşad Sadiqov və Əmrah Çəlikəl də yararlanır.

Mercedes G-class

Avtomobil həvəskarları arasında "qalenvagen" və "qalik" kimi tanınan bu model son illər ölkəmizdə dəbdən düşmək bilmir ki, bilmir. Vaxtilə ərəb şeyxləri üçün istehsal olunan "qalenvagenlər"i bizdə pullu kişilər, ya da onların övladları sürür. Bir müddət əvvələ kimi Ruslan Qurbanovda da bu modeldən vardı. "Səbail"in futbolçusu onu BMW-yə dəyişəndən sonra indi "qalik" sürən yeganə futbolçu Elvin Yunuszadədi. Qara rəngli "canavar"da gəzən Elvinin maşını "brabus"a yığıldığından olduqca cəlbedici görünür. Amma yeni deyil, 2009-cu il buraxılışıdı, nömrəsi 90-KO-555. Bu ilin "qaliklər"inin qiyməti 60-65 min dollardı.Təxminən 100-110 min manat.

Porsche Panamera

Mahir Mədətov hələ uşaq yaşlarından qapılarında bahalı maşınlar görüb. Atasının prodüser, əmisinin tanınmış olması avtomobil seçimlərinə təsirsiz ötüşməyib. Amma bir müddət sükan arxasında oturmadı. İndi isə "Porsche Panamera"sı var. Deyilənə görə, 2011-ci il buraxılışıdı. Nömrəsi də 99-MM-099. Bu modelin 2011-ci ilinin məhsulu avtomobil bazarında 40-45 min dollara, təxminən 70-75 min manata satılır.

Maserati Quattroporte

O da yaman rahatlığına fikir verən, dost-tanış arasında samballı görünmək həvəskarı olan futbolçulardandı. Yığmada və "Qarabağ"da çıxış etməsinə, vaxtilə "Neftçi"ylə "Qəbələ"nin formasını geyməsinə, üstəgəl, legioner həyatı yaşamasına baxmayaraq, Araz Abdullayev maşına dünyanın pulunu verməkdə maraqlı deyil. Ona görə də iki ildən çoxdu eyni maşının sükanı arxasında görüntülərnir - 10-BX-007. 2012-ci ilin "mazeratti"sinin qiyməti təxminən 40 min dollardı, aşağı-yuxarı 70 min manat.

Başqaları

Bu gün hazırda top dalınca qaçan futbolçuların ən bahalı avtomobillərinin siyahısı ilə tanış olduz. Maraqlı gəldisə, digər oyunçuların "dəmir dostlar"ı ilə tanış olun.
Cavid Hüseynov - BMW X5
Kamran Ağayev - BMW X5
Arif Daşdəmirov - Lexus GS350
Bədavi Hüseynov - Lexus GS350
Ruslan Qurbanov - BMW 320 M3
İlqar Qurbanov - BMW 320 M3
Coşqun Diniyev - Hyundai Azera
Namiq Ələsgərov - Chevrolet Camaro
Tural Axundov - Audi Q7
Elvin Məmmədov - Jeep Grand Cherooke

Xəbərlər     Baxılıb: 1689   Tarix: 09 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

həkim məsləhəti geyim və ayaqqabılar maskalar otaq dizaynları sarimsaqla qurdun mualicesi hicab haqqinda varikosel kosmetika novruz hakışdaları sekisler tapmaca ginekoloq muellim seiri