Azərbaycanlı idmançıları oteldən QOVDULAR: Barda qadınlara görün nə edirlərmiş...

Azərbaycanlı idmançıları oteldən QOVDULAR: Barda qadınlara görün nə edirlərmiş...Türkiyənin Antaliya şəhərinə yollanan bir qrup azərbaycanlı dincəlmək istədikləri "Sirene Belek" otelindən qovulublar.

Bu barədə Yenicag.az-a sözügedən məkanda hadisənin şahidi olan turist xəbər verib. Onun sözlərinə görə, qovulanlar arasında bir sıra idmançılar da var.

Qovulanlar arasında MMA döyüş növü ilə məşğul olan Gündüz Nəbiyev, universal döyüş növü üzrə dünya çempionu Sənan Dünyamalıyev, kikboksçu Orxan Məlikov, qarışıq döyüş növləri üzrə dünya çempionu Etiqat Atakişiyev və güləşçi Turxan Qurbanov da olub. Ümumilikdə, 15 nəfərdən ibarət olan qrupa Şəmkir rayon İcra Hakimiyyətinin məsul işçilərindən birinin oğlunun rəhbərlik etdiyi deyilir.

Həmin şəxslərin oteldən qovulmasına gəlincə, buna onların otel ərazisində özlərini ədəbsiz aparmaları səbəb olub. Bu ədəbsizliyə hovuz kənarında dincələn turistləri suya tullamaq, "Sirene"nın barında qadınlara sataşmaq və s. kimi davranışlar daxildir. Ailəvi istirahət məkanı olan "Sirene Belek"-də idmançılarımızın özlərini son dərəcədə "sərbəst" aparmaları otel sakinlərindən tutmuş heyətə kimi hamının canını boğazına yığıb. İki gündə çoxsaylı şikayətə səbəb olduqlarından rəhbərlik azərbaycanlıların istirahətini yarımçıq kəsərək, qrupu qapının ağzında qoyub.

Məlumatı saytımıza Antaliyanın Belek bölgəsində yerləşən "Sirene Belek" otelindən də təsdiqləyiblər:
"Bəli, belə bir hadisə baş verib. Buna görə də çox məyusuq. Nəticədə məcbur qalıb, həmin şəxsləri oteldən uzaqlaşdırdıq. Buna səbəb isə qeyd etdiyiniz qonaqların uyğunsuz hərəkətləridir. Xüsusən də hovuz başında, ailələrin olduğu yerlərdə içkili halda turistlərə sataşıblar", deyə otel nümayəndəsi bildirib.

Maraq üçün qeyd edək ki, ədəbsiz davranışları ilə diqqət çəkən şəxslər arasında olan Sənan Dünyamalıyev 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə mühakimə olunub. İttiham olunan şəxsə şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Lakin bundan 5 il sonra S.Dünyamalıyev "Kral" şadlıq sarayının yaxınlığında baş verən "razborka" ilə gündəmə gəlib. O, həmin vaxt "Neftçi" təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Şəhriyar Abbasova mane olublar. Sonuncu iradını bildirdikdə, Sənan Dünyamalıyev Şəhriyar Abbasovu "Kral" şadlıq sarayının qarşısına "razborka"ya çağırıb.

"Söhbət" zamanı Sənan Dünyamalıyev gəldikləri avtomobildən "Vinçester" tipli tüfəngi götürərək, havaya atəş açıb. Mübahisənin davamında isə Şəhriyar Abbasovun tələbəsi Ramil Vəliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirilib. Sənan Dünyamalıyev daha sonra könüllü olaraq, Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinə gəlib və hadisə zamanı istifadə etdiyi ov tüfəngini təhvil verib.

O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham edilib.

Törətdiyi cinayət əməlinə görə Sənan Dünyamalıyev 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Xəbərlər     Baxılıb: 1821   Tarix: 29 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

yemek reseptleri reseptler hamiləlik güllərin mənası şirniyyat reseptləri boyuk qadin dosleri cinsi yaxinliq kosmetika tanisliq xocali novruz haqistalari kökəlmək üçün faydalı məsləhətlər